main-post-cover

    Porsche ilə Ferrari Avropa Birliyi regionunda ənənəvi avtomobillərin satışlarının qadağasına mane olmağa çalışıblar

    Elm & Texnologiya
    06.03.2023
    Farid Pardashunas
        Bloomberg saytının verdiyi məlumata əsasən Almaniya ilə İtaliya 2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikli yeni avtomobillərin satışlarını qadağan etmək üçün nəzərdə tutulmuş qanunun razılaşdırılmasına mane olmağa çalışıblar. Məlumatda qeyd edilib ki, Almaniya ilə İtaliyanın bu cür addım atmasına bu ölkələrin yerli şirkətləri olan Porsche Ferrari sövq ediblər. Məlumata əsasən sözügedən şirkətlər elektrikli yanacaq (e-fuel) əsasında çalışan daxili yanma mühərrikli avtomobilləri bu qanunun əhatə sahəsindən ayırmaqda maraqlıdırlar. Elektrikli yanacaq dedikdə isə söhbət, sintetik yanacaq növlərindən birindən gedir. Hesab edilir ki, bu cür yanacaq növü atmosferə zərərli tutllantılar ifraz etmir.

    Porsche və Ferrari-nin avtmomobil sənayesinin çox kiçik bir hissəsini təşkil etmələrinə baxmayaraq, onlar premium idman avtomobillərinin istehsalı ilə məşğul olurlar. Onların milli brend olaraq sahib olduqları mövqelər Almaniya ilə İtaliyanı Avropa Birliyinin qərarına narazılıq bildirməyə məcbur edib.

        Bu, Avropa Birliyi regionunda 2035-ci ildən daxili yanma mühərrikli yeni avtomobillərin satışlarının qadağan olunması üçün nəzərdə tutulmuş qanun layihəsinin səsvermə və qəbul edilmə prosesinin keçirilməsindən bir neçə gün öncə baş verib. Məlumatda qeyd edilib ki, Almaniya ilə İtaliyanın bu addımı Brüsseli çox təəccübləndirib və ekoloji neytral olduğu bəyan edilən elektrikli yanacaq növü məsələsini yenidən gündəmə gətirib. Qeyd etmək lazımdır ki, bu cür yanacaq növünün bir çox avtomobil modelində istifadəsi baha başa gəlir.

    Avropa Birliyi tərəfindən tərtib edilmiş bu qanun layihəsinin qəbul edilməsi ərəfəsində ona mane olmaq cəhdləri avtomobil sənayesində böyük tənqidlərə səbəb olub. Belə ki, şirkətlərin çoxu elektromobillərin hazırlanmasına milyardlarla dollar vəsait xərcləyiblər.

        Maraqlısı ondadır ki, bir çox şirkətin elektromobil sahəsinə külli miqdarda investisiya yatırdığı bir vaxtda Porsche Çilidə elektrikli yanacaq növünün istehsalı ilə məşğul olan zavodu maliyyələşdirib. Bundan əlavə olaraq şirkət özünün əfsanəvi Porsche 911 idman avtomobilinin elektrikli versiyasını hazırlamağı planlaşdırmır. Porsche əmindir ki, daxili yanma mühərrikinə sahib avtomobillərin ekoloji neytral rejimdə istifadə edilməsi nəqliyyat sənayesinin karbon tullantılarını sürətlə aşağı salacaq. Ferrari isə bildirib ki, o, daxili yanma mühərrikinə sahib avtomobillərin istehsalat prosesini davam etdirmək üçün alternativ yanacaq növlərinin axtarışındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər