Porsche şirkətinin yeni şarj texnologiyası elektromobilləri 3 dəqiqəyə şarj edə bilir

Porsche şirkətinin yeni şarj texnologiyası elektromobilləri 3 dəqiqəyə şarj edə bilir

Texnologiya
14.12.2018 PAYLAŞIM

    Almaniyanın Phoenix Contact adlı şirkəti FastCharge layihəsinin nəticələrini açıqlamağa başlayıb. Bu layihə elektromobillərin şarj prosesini daha sürətli etmək üçün nəzərdə tutulub. FastCharge layihəsi hələ 2016-cı ilin iyul ayında start götürmüşdü. Daha sonra BMW, Porsche Siemens kimi şirkətlər Phoenix Contact-ın texnologiyası əsasında sürətli şarj stansiyalarını yaratmaq qərarına gəldilər. İndi isə Porsche şirkəti bildirib ki, bu cür şarj stansiyası artıq istifadəyə verilib. 450 kilovatt gücə sahib şarj stansiyasının prototipi Almaniyada yerləşir.

    Qeyd etmək lazımdır ki, hal hazırki elektromobil modellərindən heç biri bu dərəcədə enerji gücünü qəbul edə biləcək vəziyyətdə deyil. Lakin Porsche-nin test avtomobili 400 kilovatt-dan yüksək şarj gücünü sərgiləyib. Bu isə 100 km yol qətt etmək üçün nəzərdə tutulmuş enerjinin 3 dəqiqəyə yığılmasına bərabərdir. Kommersiya məqsədli elektromobillərdən bu texnologiyanı ilk istifadə edəcək model isə Porsche Taycan olacaq. Lakin buna baxmayaraq şarj stansiyasında öz elektromobilini istənilən şəxs şarj edə biləcək. Şarj prosesi Avropa üçün standart olan Combined Charging System (CCS) Type 2 girişi vasitəsilə reallaşdırılır.

Bənzər xəbər



    Mütəxəssislərin hesablamalarına görə FastCharge texnologiyası Avropada olan bütün sürətli şarj stansiyalarındakı texnologiyalardan daha sürətlidir və Tesla Supercharger-dən 4 dəfə daha güclüdür. Belə ki, Tesla Supercharger elektromobilə bir dəfəyə 120 kilovatt enerji verir. Qeyd etmək lazımdır ki, 2022-ci ilə kimi Porsche şirkəti elektromobillərə və onlarla bağlı texnologiyalara 7 milyard dollar investisiya yatırmağı planlaşdırır. 2019-cu ilin sonuna kimi isə şirkət ABŞ-da 500-ə yaxın sürətli enerji yığma stansiyalarını quraşdırmaq niyyətindədir. Onlar Tesla Supercharger-in alternativi olacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×