Professional Apple AirPods Studio qulaqlığının real fotosu sızdırılıb

Professional Apple AirPods Studio qulaqlığının real fotosu sızdırılıb

Texnologiya
17.09.2020 PAYLAŞIM

    Artıq bir neçə aydır ki, internetdə olan məlumatlara əsasən Apple şirkəti AirPods Studio adlı yeni professional qulaqlıqlar üzərində çalışır. İndi isə insayderlər sözügedən qulaqlıq modelinin real fotosunu təqdim ediblər. Bu barədə Phonearena saytı xəbər verib. Təqdim edilmiş fotoda əks olunmuş AirPods Studio qulaqlığı Space Grey rəngində reallaşdırılıb. Məşhur insayder Jon Prosser sızdırılmış real foto əsasında qulaqlığın render fotolarını da yaradıb.


    Təqdim edilmiş render fotolar AirPods Studio-nun konstruksiya özəlliklərini sərgiləyir. Bir sıra məlumatlara əsasən Apple şirkəti həmçinin bu qulaqlığın premium versiyasını da hazırlayır və onun üzərində dəri materialdan hazırlanmış örtük olacaq. Hal hazırda olan məlumata əsasən AirPods Studio ətraf səs-küyün aktiv boğulması sistemini əldə edəcək. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, AirPods Studio modeli 349$ qiymətində satışa çıxacaq və təqribi olaraq noyabr ayında təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast..


Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış siste..

Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmas..


Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abu..

SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib...


Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi.


Elon Musk, Marsda peyk interneti yaratmağı planlaşdırır

Elon Musk, Mars planetinin fəth olunması üçün böyük planlar hazırlamaqla məşuldur.


Analitiklər elektromobillərin qiymətlərinin nə zaman düşəcəklərini açıqlayıblar..

Analitiklərin hesablamalarına əsasən elektromobillərin nəqliyyat bazarındakı payı bu il 10% gələn il..

×