Proqram təminatı yenilənməsindən sonra Tesla Model 3 Ferrari'dən daha tez gedir (VİDEO)

Proqram təminatı yenilənməsindən sonra Tesla Model 3 Ferrari'dən daha tez gedir (VİDEO)

09.11.2018 PAYLAŞIM

    Tesla avtomobillərinin sistem təminatlarının yenilənməsi sürücülərə yeni emosiyalar bəxş etməyə davam edir. Belə ki, elektromobillərə gəlmiş yeni Track Mode rejimi sürücüləri əlavə sürət gücü ilə təmin edir. Qeyd etmək lazımdır ki, şirkətin elektromobilləri artıq uzun müddətdir ki, yerindən sürət yığmaqla məşhurdurlar. Məsələn keçən il Model S P100D modeli Ludicrous+ rejimi sayəsində saatda 96 kilometr sürəti 2.28 saniyəyə yığmışdı. Həmin vaxtdan bəri heç kim düz yolda Tesla elektromobillərinin sürət yığmasına şübhə ilə yanaşmadı. Lakin buna baxmayaraq yarış yolları hələ də Tesla elektromobillərinin zəif nöqtələrindən biri olaraq qalırdı.

    Şirkət bu vəziyyəti dəyişmək qərarına gəldi və Track Mode rejimini təqdim etdi. Bu rejim xüsusi olaraq döngəli yarış yolları üçün nəzərdə tutulub. Sözügedən rejim Model S-dən əlavə olaraq Model 3-ün iki mühərrikli Perfomance versiyasında da aktivdir. Track Mode rejimində elektromobilin özünü necə aparmasına aşağıdakı videodan baxa bilərsiniz. Tesla öz saytında qeyd edib ki, bu rejim onun mühəndisləri tərəfindən bağlı yarış yolları üçün hazırlanıb.

Bənzər xəbər



    Bu rejimin yaradılmasında əsas məqsəd sürətlə fırlanan təkər anından istifadə edərək elektromobilin döngələrdə dönməsi prosesini daha dinamik etmək idi. Lazımi nəticələrin əldə olunması üçün Tesla şirkəti məşhur avtomobil yarışçısı Randy Pobst-u dəvət edib. O isə öz növbəsində yenilənmiş proqram təminatının hazırlanması və optimizasiyasında Tesla mühəndislərinə öz məsləhətlərini verib. Randy Pobst yeni sistemi Kaliforniyadakı Willow Springs yarış yolunda test edib. Beləliklə Tesla elektromobilinin bir yarış yolu üzrə vaxt nəticəsi Porsche Cayman GT4 avtomobilinin nəticəsi ilə eyni olub və Ferrari 458 Italia avtomobilinin nəticəsini geridə qoyub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×