Proqramçılar yarışa çıxır!

Proqramçılar yarışa çıxır!

Texnologiya
25.10.2018 PAYLAŞIM

Azercell-in Qızıl Sponsor kimi çıxış etdiyi “Hackathon-AzIn 2018" müsabiqəsində innovativ fikirlər koda çevriləcək

Ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı gənclərin bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaq məqsədilə "Hackathon" müsabiqəsinə start verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçirilən “Hackathon-AzIn 2018" yarışması oktyabrın 29 və 30-da baş tutacaq. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq "İnnovasiyalar həftəsi" çərçivəsində təşkil olunan müsabiqədə startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə daim dəstək göstərən “Azercell Telekom” MMC Qızıl Sponsor kimi çıxış edir.

Bənzər xəbər


Məlumat üçün bildirək ki, 3 mərhələdən ibarət olacaq "Hackathon" müsabiqəsinin birinci mərhələsi oktyabrın 29-da "AzInTelecom" tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, oktyabrın 30-da isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək. Müsabiqədə birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində “AzInTelecom" tərəfindən mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək istəyən proqramçılar hackathon.azintelecom.az ünvanına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.

Qeyd edək ki, müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirdiyi, məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Proqramçıların marafonu hesab edilən "Hackathon" yarışması Azercellin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə də ölkəmizdə 5 dəfə keçirilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×