Pulsuz antivirus Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılır

Pulsuz antivirus Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılır

Texnologiya
28.01.2020 PAYLAŞIM

        Bu xəbəri oxuyan istifadəçilərimiz arasında ən az 1 dəfə belə olsun Avast antivirusuyla rastlaşanlar vardır. Bu gün isə pulsuz versiyası da olan Avast antivirus istifadəçi məlumatlarını sataraq yüksək məbləğlərdə gəlir əldə etməklə günahlandırılır. Motherboard PCMag tərəfindən qaldırılan iddialara görə Avast-ın şirkəti istifadəçilərin axtarış məlumatlarını axtarış sistemlərinə sataraq böyük gəlir əldə edir. 

Yayımlanan məlumata görə bu Avast ilə istifadəçi məlumatlarını alan şirkət arasında bir sıra gizlilik müqavilələri imzalanıb. Bu səbəbdən istifadəçi dataları bu 2 şirkət arasında gizli qalmalıdır. 


        Avast şirkətinin yan qurumu olan Jumpshot-dan əldə olunan məlumatlara görə Avast tərəfindən əldə olunan istifadəçi məlumatları Jumshot vasitəsilə dünya nəhənglərinə satılır. Bu məlumatı alan şirkətlər arasında Google, Yelp, Microsoft, McKinsey, Pepsi, Sephore, Home Depot, Conde Nast və Intuit kimi nəhənglər var. Avast-ın dediklərinə görə aylıq 435 milyondan daha çox aktiv istifadəçiyə malikdirlər.

        Jumpshot-un bildirdiyi məlumatlara görə isə 100 milyondan çox istifadəçinin məlumatları hal-hazırda satılıb. Bu məlumatlar arasında Google xəritələrdə baxdıqları yer, lokasiyalar, hansı saytlara giriş edildiyi, axtarış edilən sözlər, hətta porno saytlarında hansı kateqoriyalara girdikləri belə var. Lakin verilən açıqlamara görə istifadəçilərin adları,xüsusi məlumatları tamamilə anonimləşdirilir. Mütəxəssislər isə deyir ki, xüsusi alqoritmalar vasitəsilə dataları təkrar adlandırmaq mümkündür. Belə görürür ki, antivirus işlətməmək daha təhlükəsiz görünür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..

×