Pulsuz Wifi deyib, keçmə - bunlara mütləq diqqət et!

Pulsuz Wifi deyib, keçmə - bunlara mütləq diqqət et!

Texnologiya
30.06.2021 PAYLAŞIM

    Pulsuz wifi – hamımızın yaralı yeri. Xüsusən evdən çıxıb, hansısa resotran, kafe, mall və yaxud digər ictimai məkanlara gedəndə axtardığmız ilk şey məhz həmin yerin pulsuz internet şəbəkəsi olur. Bir çox Ticarət obyektlərində, restornalarda və digər məkanlarda da məhz müştərilərin məmnuniyyəti üçün Guest, Qonaq və s tipli şifrəsiz və pulsuz Wifi-lar olur. Lakin adətən bu məkan sahibləri istifadəçilərin təhlükəsizliyi ilə maraqlanmırlar. Onlara lazım olan elə pulsuz bir şəbəkə açıb, müştəriləri razı salmaqdır. Amma bu məmnuniyyətin arasına başqa pis niyyətli adamlar daxil olanda, heç də hər zaman sonluq xoşbəxt bitmir. Elə buna görə də pulsuz wifi istidə edən zaman nələrə diqqət etməli olduğunuzu bu buraxılışda izah edəcəyik.

    Pulsuz wifi şəbəkələri hackerlər üçün həmişə ən yaxşı yem və tələ hesab olunur. Təsəvvür edin, siz bir restoranda oturmuşunuz və sizdən 20 metr aralıda da əlində bir şəbəkəsi olan hacker. Resotranın da Wifi şəbəkəsinin adı Qonaq-dır, elə bu hacker-in şəbəkəsinin də. Və yaxud da haqqında danışdığımız bu hacker siz gəlməmişdən elə restoranın şəbəkəsinə vasitəçi olaraq qoşulub, qurabanları gözləyir. Bəs belə olan halda o yağlı yemə çevirlməmək üçün nələr etməliyik.


    Qayda 1: Əgər restoran və ictimai məkanda pulsuz wifi şəbəkəsinə qoşulmusunuzsa, mütləq diqqət edin ki, bank kartınızla hər hansı əməliyyat həyata keçirməyəsiniz. Əgər belə bir əməliyyat edəcəksinizsə, mütləq wifi şəbəkənizi söndürüb, mobil internet paketinizdən istifadə edin. Belə olan halda Bank kartı məlumatlarınız daha təhlükəsiz ötürülmüş olacaq.

    Qayda 2: Pulsuz wifi şəbəkəsinə qoşulan zaman çalışın ki, VPN tətbiqlərindən istifadə edəsiniz. Bu virtual xüsusi şəbəkələr sizin IP ünvanınızın dəyişməsi və məlumatlarınızın şifrələnməsinə kömək olacaq. Amma VPN seçən zaman da xüsusi diqqətli olun ki, qaş düzəldən yerdə göz çıxarmayasınız. Çünki əksər pulsuz VPN-lər elə aşağı-yuxarı pulsuz Wifi-lar kimi təhlükə doğurur. VPN seçən zaman nələrə diqqət etməli olduğunuzu bilmək üçün isə yuxarı kartdakı videomuzu izləyin.

    Qayda 3: Https yəni ssl sertifiaktı olmayan saytlara məlumatlarınızı daxil etməyin. HTTPS nədir bilirsiniz. Bilmirsinizsə yenə də yuxarı kartdakı video sizə kömək olacaq. Bu sertifikatı olmayan saytlarda sizin sayta göndərdiyiniz məlumatlar şifrəli kanaldan keçmir və o məlumatları elə havadaca məlumat modemə gedəndə tutub, aradan çıxarmaq olur. Buna görə də ictimai wifi-a qoşulan zaman http saytlardan istifadə etməyin. Yalnız HTTPS.

    Qayda 4: Cihazınzı pulsuz wifi-a bağlayan zaman növbəti dəfə avtomatik bağlanmasına icazə verməyin. Belə olan halda gələn dəfə siz yenə eyni Mall-a gələndə, həmin restorana getməsəniz belə, cihazınız şəbəkəyə bağlanmış olacaq. Bu isə potensial təhüləkə deməkdir. Sizin xəbəriniz olmadan hansısa hadisənin baş verməsini istəmirsinizsə, pulsuz wifi-lara avtomatik bağlanmaya icazə verməyin.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×