Logo
    main-post-cover

    Qarşılıqlı əlaqə imkanına sahib ilk holoqramlar yaradılıb (VİDEO)

    Elm & Texnologiya
    09.04.2025
    Emil
         Elmi-fantastik filmlərdəki holoqramlar ona görə cəlbedicidir ki, onları hər hansı bir qurğu olmadan bütün tərəflərdən izləmək ilə yanaşı, eyni zamanda əllə toxunaraq idarə etmək də olur. İndiyədək real üçölçülü ekranlar bu funksiyanı təqdim edə bilmirdi. Lakin ispan alimləri virtual üçölçülü obyektlərlə birbaşa qarşılıqlı əlaqə yaratmağın yolunu tapıblar - demək olar ki, smartfon istifadəçilərinin sənədləri düz ekran üzərində seçib hərəkət etdirməsi ilə eyni şəkildə. “Filmlərdə gördüyümüz və holoqram adlandırdığımız şeylər əslində adətən həcmli displeylərdir - deyə araşdırmanın birinci müəllifi, Navarra Universitetindən Elodie Bouzbib bildirib.
         Bunlar havada peyda olan və virtual reallıq eynəkləri olmadan müxtəlif bucaqlardan görünə bilən görüntülərdir. Onlara həqiqi 3D qrafika da deyilir. Bu cür holoqramların vacib xüsusiyyəti ondan ibarətdir ki, nəzəri cəhətdən onlarla birbaşa - əllə - qarşılıqlı əlaqə qurmaq, yəni virtual obyektləri hərəkət etdirmək və ya onların ölçüsünü dəyişmək mümkündür. Müasir kommersiya prototipləri olan həcmli ekranlar holoqramlarla, bizim ikiölçülü ekranlardakı obyektlərlə etdiyimiz kimi, qarşılıqlı əlaqə qurmağa imkan vermir. İspaniyalı alimlərin layihəsi isə 3D qrafika ilə təbii qarşılıqlı əlaqə yollarını araşdırmağa yönəlib.
         Bu yanaşma insanın doğuşdan malik olduğu üçölçülü görmə və manipulyasiya qabiliyyətlərini istifadə etməyə imkan verir. Layihə rəsmi olaraq aprelin sonunda Yokohamada keçiriləcək konfransda təqdim olunacaq, lakin təqdimatın videosu artıq YouTube-da yerləşdirilib. Həcmli ekranlarda işıq yayıcı - yüksək sürətlə titrəyən bir lövhə mövcuddur. Bu lövhəyə saniyədə 2880 görüntü olmaqla, çox sürətli və sinxron şəkildə təsvirlər proyeksiya olunur. Görmənin inersiyası sayəsində, müxtəlif hündürlüklərdə diffuzora proyeksiya edilən bu görüntülər insan tərəfindən bütöv və üçölçülü şəkildə qəbul edilir.
         Problem ondadır ki, işıq yayıcı adətən sərt materialdan hazırlanır, və iş rejimində ona əllə toxunmaq həm onun qırılmasına, həm də insana xəsarət yetirməsinə səbəb ola bilər. Buna görə də alimlər sərt işıq yayıcını elastik materialla əvəz ediblər. Eyni zamanda, toxunma nəticəsində elastik materialların deformasiyası problemini görüntünün korreksiyası vasitəsilə həll ediblər. Bu innovasiya 3D qrafika ilə qarşılıqlı əlaqənin yeni üsullarını açır - istifadəçilərə virtual obyektləri təbii şəkildə tutmaq və onlarla manipulyasiya etmək imkanı verir. Sensorlu holoqrafik ekranlar təhsil sahəsində və ya muzeylərdə istifadə oluna bilər, bu da obyektlərlə daha interaktiv qarşılıqlı əlaqə qurmağa şərait yaradır.
    Mənbə: Eurekalert
    Paylaş
    Bənzər xəbərlər
    simali-koreyada-komputerlersiz-komputer-klubu-acilib
    Elm & Texnologiya

    Şimali Koreyada kompüterlərsiz kompüter klubu açılıb

    Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya paytaxtında ölkə tarixində ilk kompüter klubu açılışa hazırlaşır. Bu müəssisəni artıq dövlət başçısı da ziyarət edib.
    kawasaki-corleo-adli-robot-at-konsepti-teqdim-edilib-video
    Elm & Texnologiya

    Kawasaki CORLEO adlı robot-at konsepti təqdim edilib (VİDEO)

    Kawasaki şirkəti CORLEO adlı futuristik robot-atı sərgiləyib - bu, gələcəyin konseptual nəqliyyat vasitəsidir. CORLEO dörd ayaq üzərində hərəkət edir, atlının bədən hərəkətləri ilə idarə olunur və hidrogenlə işləyir.
    yeni-avtopilot-sistemi-teyyareni-avtomatik-sekilde-yere-endire-bilir-video
    Elm & Texnologiya

    Yeni avtopilot sistemi təyyarəni avtomatik şəkildə yerə endirə bilir (VİDEO)

    Epic Aircraft şirkəti qeyri-adi funksiyaya malik E1000 AX adlı təyyarəsini təqdim edib. Uçuş aparatı güclü mühərriklə təchiz olunub və 10 km hündürlükdə 617 km/saat sürət yığa bilir.
    marsa-gonderilecek-yeni-pilotsuz-vertolyot-ucun-artiq-tedqiqat-missiyasi-hazirlanib
    Elm & Texnologiya

    Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb

    Marsda fəaliyyətdə olmuş Ingeniuty adlı kiçik pilotsuz vertolyot öz nümunəsində göstərdi ki, uçan aparatların Marsda hava kəşfiyyatı üçün yaxşı perspektivləri var.
    neuralink-beyin-implantlarinin-testleri-ucun-konulluleri-artiq-butun-dunyada-axtarir
    Elm & Texnologiya

    Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır

    Bu ilin fevral ayına olan məlumata əsasən Elon Musk-ın startapı 3 nəfərin beyninə implant yerləşdirib. Bu şəxslər bütün bədən hissələrinin hərəkət qabiliyyətini itirmiş şəxslərdir. Onlardan birincisi - Noland Arbaugh barədə ən çox məlumat var.