Qatlana bilən Galaxy Z Flip-in dizaynı real videoda sərgiləndi (VİDEO)

Qatlana bilən Galaxy Z Flip-in dizaynı real videoda sərgiləndi (VİDEO)

Texnologiya
03.02.2020 PAYLAŞIM

    Samsung şirkətinin qatlana bilən yeni smartfon modeli olacaq Galaxy Z Flip-in təqdimatına 2 həftədən az bir müddət qalıb. Bir çox hallarda sonradan təsdiqlənən məlumat sızıntılarının təqdim olunması ilə məşhurlaşan insayder Ben Geskin, Galaxy Z Flip-in real videosunu təqdim edib. İnsayder smartfonun qatlana bilən konstruksiyasını və onun dizaynını hər tərəfdən sərgiləyib.


    Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim edilmiş videodakı smartfonun gövdəsi bənövşəyi rəngdədir. Maraqlısı ondadır ki, tam açıq şəkildə smartfonun qatlanan hissəsindəki zolaq heç də nəzərə çarpmır. Bu isə o deməkdir ki, Samsung şirkəti Galaxy Fold-da olmuş problemləri yeni smartfonda aradan qaldırıb. Gözləntilərə əsasən Galaxy Z Flip smartfonu 11 fevral tarixində Galaxy S20 smartfon seriyası ilə birlikdə təqdim olunacaq. Lakin onun təqdimatı bir neçə gün sonra da baş tuta bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×