main-post-cover

    Qatlana bilən Huawei Mate X-in ekran dəyişdirilməsi hansı qiymətə başa gələcək?

    Elm & Texnologiya
    21.11.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Huawei şirkəti Çində qatlana bilən Mate X smartfon modelinin satışlarına start verdi. İndi isə bu smartfonun təmirinin hansı qiymətə başa gələcəyi məlum olub. Bu barədə IThome saytı xəbər verib. Təbii ki, smartfonun ən bahalı detalı onun ekranıdır. Buna görə də smartfondan ehtiyyatla istifadə etmək və smartfon ekranını zədələməmək məsləhət görülür. Əks halda smartfon ekranının dəyişdirilməsi çox baha başa gələcək.
        Beləliklə ekranın zədələnməsi halında onun yenisi ilə dəyişdirilməsi üçün istifadəçi 1007$ vəsait ödəməli olacaq. Bu, ekranın və təmirin ümumi qiymətidir. Həmin vəsaitə isə istifadəçi iPhone 11 Pro və ya Galaxy Note 10 ala bilər. Bundan əlavə olaraq Mate X-in sistem platasının dəyişdirilməsi də baha başa (509$) gəlir.
        Bu detalların dəyişdirilmə qiymətlərinin fonunda digər detalların dəyişdirilmə qiymətləri normal görünürlər. Məsələn smartfonun arxa panelinin dəyişdirilməsi 100$-a, batareyasının dəyişdirilməsi isə 40$-a başa gələcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Fold modelinin ekran dəyişdirilməsi qiyməti 599$, yeni Motorola RAZR modelinin ekran dəyişdirilməsinin qiyməti isə 299$ təşkil edir.
    Linki kopyala