
15 noyabr tarixində Huawei şirkətinin ik qatlana bilən smartfon modeli olan Mate X Çində satışa çıxacaq. Sözgüedən smartfonun bahalı olması ilə yanaşı məlum olub ki, o həmçinin çox kövrəkdir. Bu barədə Gizchina saytı xəbər verib. Təbii ki, qatlana bilən Galaxy Fold-un istifadəsində də çox ehtiyatlı olmaq lazımdır. Lakin Galaxy Fold-dan fərqli olaraq Mate X modeli daha çox “tabu”-ya və istifadə məsləhətlərinə sahibdir.
Çox güman ki, bunun əsas səbəbi məhz smartfonun konstruksiyasındadır. Belə ki, Galaxy Fold smartfonu daxili istiqamətə qatlandığı halda Mate X smartfonu xarici istiqamətə qatlanır. Huawei şirkətinin saytında qeyd olunub ki, Mate X-i -5 dərəcə şaxtadan aşağı temperaturda qatlamaq olmaz. Başqa sözlə desək, smartfon çətin ki, sərt qışı geridə qoya bilsin.
Galaxy S6 haqqında hər şey!
Bundan əlavə olaraq şirkət smartfonun daxilinə suyun və toz hissəciklərinin daxil olmasından qorunmağı məsləhət görür. Bu problemlə vaxtı ikən Galaxy Fold-un test versiyaları da qarşılaşmışdılar. Toz hissəcikləri smartfonun elastiki ekranını sıradan çıxarda bilər. Bundan əlavə olaraq smartfonun komplektində xüsusi qoruyucu örtük də var. Onu fərdi şəkildə çıxartmaq və ya əvəz etmək olmaz. Bunun üçün xüsusi servis mərkəzinə yaxınlaşmaq lazımdır.