Qatlana bilən Motorola RAZR smartfon modelinin satışları təxirə salındı

Qatlana bilən Motorola RAZR smartfon modelinin satışları təxirə salındı

Texnologiya
22.12.2019 PAYLAŞIM

    Bu il qatlana bilən smartfon modellərindən heç biri vaxtında satışa çıxmadı. Samsung Huawei özlərinin Galaxy Fold Mate X smartfonlarındakı səhvləri aradan qaldırmaq və onları yenidən test etmək məqsədi ilə satışları təxirə saldılar. Həmin hal noyabr ayında təqdim edilmiş qatlana bilən Motorola RAZR smartfon modeli ilə də yaşandı. Bu barədə The Verge saytı xəbər verib.

    Qeyd etmək lazımdır ki, yeni Motorola RAZR smartfon modeli 26 dekabr tarixində ilk öncə eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatorunda satışa çıxmalı idi. Faktiki olaraq satışlar 9 yanvar tarixinə planlaşdırılırdı. İndi isə istehsalçı sözügedən smartfonun satış tarixini təxirə salıb. Lakin Motorola RAZR-ın digər qatlana biən smartfonlardan fərqli olaraq əlavə testlərə və səhvlərin ortadan qaldırılmasına ehtiyac duymur.


    Belə ki, smartfonun satış tarixinin təxirə salınmasının əsas səbəbi ona böyük tələbatın olmasındadır. Yəni 1499$ dəyərində olan smartfonu almaq istəyənlərin sayı çoxdur. Motorola RAZR modelinin dəqiq satış tarixi barəsində bir məlumat olmasa da güman etmək olar ki, o, yanvar və ya fevral ayında satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×