Qatlana bilən Motorola RAZR smartfon modelinin satışları yenidən təxirə salındı

Qatlana bilən Motorola RAZR smartfon modelinin satışları yenidən təxirə salındı

Texnologiya
29.01.2020 PAYLAŞIM

    Keçən ilin noyabr ayında Motorola şirkəti öz ilk qatlana bilən smartfon modeli olan Motorola RAZR-ı təqdim etmişdi. Həmin vaxtda şirkət qeyd etmişdi ki, smartfonun satışlarına dekabr ayının sonunda start veriləcək. Lakin nəticədə onun satışları 2020-ci ilin əvvəlinə təxirə salındı. Həmin vəziyyət yenidən təkrarlanıb. Bu barədə The Verge saytı xəbər verib. 26 yanvar tarixində şirkət sözügedən smartfon üçün ön sifarişləri qəbul etməyə başlamışdı.

    Smartfon hələ ki, ABŞ bazarında satışa çıxacaq və eksklüziv olaraq Verizon mobil operatorunda satışa çıxacaq. İlk öncə smartfonun satışları 6 fevral tarixinə planlaşdırılırdı. Lakin ön sifarişlərdən sonra şirkət smartfonun satışlarını 18 fevral tarixinə kimi təxirə saldı. Şirkət bu cür dəyişikliyin hansı səbəbə görə olduğu barəsində məlumat verməyib.


    Qeyd etmək lazımdır ki, əvvəlki tarix dəyişikliyi smartfona olan yüksək tələbat səbəbilə baş vermişdi. Şirkət çoxlu sayda Motorola RAZR smartfonu istehsal edərək 6 fevral tarixində satışlara start verməli idi. Çox güman ki, ön sifariş göstəricilərinə nəzərə yetirərək şirkət anladı ki, istehsal olunmuş smartfon sayı bəs etməyəcək. Ola bilər ki, smartfona olan yüksək tələbat şirkətin bütün gözləntilərini üstələyib. Satış tarixinin dəyişdirilməsinin digər bir səbəbi kimi həmçinin yeni Motorola RAZR üçün qatlana bilən panellərin saylarının az olması da ola bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..

×