
Qatlana bilən Motorola RAZR smartfonunun təqdimat tarixi elan olundu
Elm & Texnologiya
18.10.2019
Emil
1 il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Motorola brendi sonunda qatlana bilən Motorola RAZR smartfon modelinin təqdimat tarixini elan etdi. Bu barədə Cnet.com saytı xəbər verib. Beləliklə təqdimat tədbiri 13 noyabr tarixində ba tutacaq. Tədbirin sloqanı isə “An original unlike any other”dır. Qatlana bilən yeni Motorola RAZR modeli Voyager kod adına sahibdir.

Son məlumat sızıntılarına əsasən smartfon 2142x876 piksel keyfiyyətli 6.2 düym əsas ekran, 800x600 piksel keyfiyyətli əlavə ekraan, Snapdragon 710 prosessoru, 4/6 GB RAM və 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 27 vatt gücündə TurboPower adlı sürətli şarj texnologiyasını da dəstəkləyəcəyi gözlənilir. Çox güman ki, yeni Motorola RAZR modeli məhdud sayda bir sıra ölkələrdə satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
