Qatlana bilən smartfonlar bazarı ələ keçirtməyə hazırlaşırlar

Qatlana bilən smartfonlar bazarı ələ keçirtməyə hazırlaşırlar

16.08.2019 PAYLAŞIM

    IHS Markit analitik şirkəti böyük şirkətlərin qatlana bilən smartfon modelləri barəsində proqnozları əks etdirən hesabatı təqdim edib. Baxmayaraq ki, Samsung ilə Huawei şirkətlərinin qatlana bilən smartfon modelləri hələ satışa çıxmayıblar, mütəxəssislər əmindirlər ki, qatlana bilən ekrana sahib cihazların bazarı zəbt etmələrinə çox az qalıb. Onlar hətta bu məsələdə konkret zaman göstəricisini də qeyd ediblər. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib.

    Analitiklərin məlumatlarına əsasən bu ilin birinci yarısında smartfon istehsalı göstəriciləri keçən il ilə müqayisədə aşağı düşüb. Lakin AMOLED ekranların istehsal göstəriciləri olduğu kimi qalıb. Əksinə bu ilin ikinci yarısında AMOLED ekranların satışlarının 30% yüksələcəyi gözlənilir. Bu isə ekranların maya dəyərlərinin aşağı düşməsi və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasının yayılması ilə əlaqələndirilir.

Bənzər xəbər


    Smartfon bazarında olan sərt rəqabət səbəbilə AMOLED ekranların istehsal texnologiyası təkmilləşdiriləcək və ekrana inteqrasiya edilmiş kamera və əyilə bilən şüşə kimi texnologiyalara tələbat artacaq. IHS Markit şirkətinin proqnozlarına əsasən qatlana bilən ekranlar da bu trendə qoşulacaqlar. Gözləntilərə əsasən 2024-cü ilə kimi onların istehsalat göstəriciləri 50 milyon ədəd olacaq. Hal hazırda qatlana bilən smartfon modelləri də daxil bir çox digər smartfonlar OLED ekranlara sahibdirlər.



DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×