Qatlana bilən və iki ekrana sahib ZTE Axon M smartfonu təqdim olundu

Qatlana bilən və iki ekrana sahib ZTE Axon M smartfonu təqdim olundu

Texnologiya
18.10.2017 PAYLAŞIM

Gözlənildiyi kimi “ZTE” şirkəti, iki ekrana sahib qatlana bilən Axon M adlı smartfonunu təqdim etdi.

Qatlanmış vəziyyətdə bu, 5.2 inç ekrana sahib adi smartfondur. Lakin açıq vəziyyətdə sözügedən cihaz planşetə çevrilir. ZTE Axon M metal korpusa sahibdir, onun konstruksiyası isə mini noutbooku xatırladır. Smartfonun hər iki tərəfi 5.2 inç Full HD ekrana sahibdir. Ekranların hər ikisi isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb. Sözügedən ekranlardan hər ikisi ilə eyni anda və ya ayrı-ayrı istifadə etmək olar.



Bununla belə ekranlardan hər biri əsas ekran kimi çixış edə bilər. Məsələn, istifadəçi bir ekranda əsas səhifəni, digərində isə tətbiqlər siyahısını aça bilər. Digər halda isə istifadəçi hər ekranda müxtəlif tətbiqləri işə sala bilər. Lazımi anda istifadə olunan tətbiq hər iki ekranda da əks oluna bilər. Digər özəllikləri baxımından isə ZTE Axon M, texniki göstəriciləri heç də pis olmayan standart smartfondur.


O, 4 nüvəli Snapdragon 821 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli), Quick Charge 3.0 funksiyalı 3180 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub. ZTE Axon M bir ədəd 20 MP-lik kamera ilə təchiz olunub və o, həm arxa həmdə ön kameranı əvəz edir. Sözügedən kamera f/1.8 diafraqmaya, faza avtofokusuna və optik stabilizasiyaya sahibdir. Həmçinin o, saniyədə 30 kadr sürətlə 4K videoçəkilişi də dəstəkləyir. ZTE Axon M, bu ilin payız fəslində satışa çıxacaq. ABŞ-da isə onun qiyməti 725$ təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×