Qədim Romadan ilham alan yeni sement texnologiyası hazırlanıb!
Elm & Texnologiya
12.08.2024
Farid Pardashunas
Sublime Systems adlı startap, Qədim Romadan ilhamlanaraq yeni sement texnologiyası hazırlayıb. Bildirilir ki, yeni sement, ildə 4 giqaton karbon qazını aradan qaldıracaq.
Adi sement istehsalı 1450 dərəcədən yuxarı temperatur tələb edən yüksək enerji tutumlu prosesdir. Bütün bu proses atmosferə böyük miqdarda karbon qazı buraxır və buna görə də elm adamları, sement istehsalını davamlı prosesə çevirməyin yollarını axtarırlar. Hesabatlara görə, sement ildə təxminən 4 giqaton emissiya yaradır və 2050-ci ilə qədər bunun ildə 6 giqaton olacağı təxmin edilir. Lakin əslində "yaşıl" sement istehsalı, əsrlər əvvəl romalılar tərəfindən həll edilən bir proses olmuşdur. O dövrün tikililərinin hələ də ayaqda olduğunu nəzərə alsaq, romalıların istehsal etdiyi sementin də kifayət qədər davamlı olduğunu görə bilərik. Sublime Systems, müasir texnologiya ilə romalıların uğurunu təkrarlamağı hədəfləyir.
Roma İmperiyası dövründə istifadə edilən sementin qalıcılığı və davamlılığı bu yeni istehsal üsuluna ilham verib. Sublime Systems şirkəti, elektrokimyəvi prosesdən istifadə edərək ənənəvi portland sementini əvəz edə biləcək məhsul hazırlayıb. Yeni sement istehsalı texnikası, yüksək temperaturlu sobalara ehtiyac duymur və elektrikə əsaslanan reaksiya yanaşmasından istifadə edir. Bu üsul, karbon dioksid emissiyalarının əksəriyyətini təşkil edən əhəngdaşı istifadə etmədən və yüksək temperatura ehtiyac olmadan oxşar davamlılığa malik sement istehsal edə bilər.
Təfərrüatlara nəzər saldıqda, portland sementinin nəhəng karbon izinin əsasını, çəkisinin təxminən 50%-i CO₂ olan əhəngdaşı təşkil edir. Bu CO₂-nin demək olar ki, hamısı əhəng əldə etmək üçün əhəngdaşı yüksək temperatura qədər qızdırıldıqda sərbəst buraxılır. İstilik prosesinin özü böyük miqdarda CO₂ yaradır, çünki bunun üçün 1450 C temperatur tələb olunur və bu temperaturu isə səmərəli şəkildə elektrikləşdirmək çətindir. Sublime komandası, elektrokimyadan istifadə edərək ətraf mühitin temperaturunda kalsium silikat süxurlarını parçalayan elektrokimyəvi proses hazırlayıb. Reaksiya bol xammal ilə işləyir və qurudulub, Sublime sementinə qarışdırılan reaktiv kalsium və silikatlar istehsal edir.
Dünyada sement istehsalı, insanların yaratdığı karbon qazı emissiyalarının təxminən 7%-ə cavabdehdir. Sublime Systems, bu əsas ekoloji problemə innovativ həll yolu təqdim etməklə qlobal karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Şirkətin bu il ABŞ-da sıfır karbon emissiyası olmayan binaya 3 tonluq sement tökməsi, bu yeni istehsal üsulunun praktikada da tətbiq oluna biləcəyini göstərir. Sublime Systems, yaxın illərdə ABŞ-da quracağı istehsal müəssisəsi ilə ildə 30.000 ton sement istehsal etməyi planlaşdırır. 2026-cı ildə istismara verilməsi gözlənilən obyekt, şirkətin davamlı sement istehsalını bütün dünyada genişləndirmək məqsədinə doğru mühüm addım olacaq. Press-relizdə bildirilir ki, şirkət, bu obyekti ildə bir milyon ton istehsal edə biləcək modul kimi dizayn edib. Odur ki, tələbata uyğun olaraq obyektin miqyası artırılaraq istehsal artırılacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
Almaniyanın Göttingen Universiteti və İngiltərənin Oksford Universitetinin tədqiqat qrupu, Göttingen Universitetinin Tibb Mərkəzi ilə əməkdaşlıq edərək 5 nanometr ayırdetmə qabiliyyətinə malik mikroskop hazırlamağa müvəffəq olub.
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.
Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
Küləklə işləyən yeni bir mühərrik növü, tezliklə yük gəmilərini enerji ilə təmin edə və onların dizeldən asılılığını azalda bilər. CoFlow Jet-in bu innovativ həlli, yanacaq sərfiyyatına 90% qənaət edir.
Alimlər, ətraf mühitə daha az zərər verən sementsiz beton ixtira ediblər!
Alimlər, ətraf mühitə daha az zərər verən sementsiz beton ixtira ediblər!
Beton, tikinti sənayesində ən çox istifadə olunan materialdır. Bununla belə, betonun zərərləri də kifayət qədər yüksəkdir. Alimlər, buna görə də ənənəvi betonun ətraf mühitə təsirini azaltmaq üçün sementsiz beton ixtira ediblər. Yeni material həm ekoloji cəhətdən təmiz, həm də davamlı bir alternativ təklif edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!