Qida böhranı problemi artıq çox yaxın ola bilər
Elm & Texnologiya
06.09.2024
Emil Nəcəfov
Planetin inanılmaz istilik dalğalarına, quraqlıqlara və ekstremal hava şəraitlərinə səbəb olan iqlim böhranı ilə qarşılaşmasından əlavə olaraq indi də qida böhranı problemi ortaya çıxıb. Belə ki, aparılmış yeni tədqiqata əsasən planetimizdə olan qida məqsədli bitkilərin 60%-i yetəri sayda tozlandırıcılar tərəfindən ziyarət edilmir. Nəticədə həmin qida məqsədli bitkilər öz potensiallarını tam şəkildə ortaya qoya bilmirlər. Bitkilər üçün vacib təbii proses olan tozlanmanı təmin edən həşəratların sayı kütləvi şəkildə azalır.
Bu isə nəticəsiz qalmır. Mütəxəssislər belə qənaətə gəliblər ki, bu hal planetdəki qida məqsədli bitkilər üçün ciddi nəticələrə səbəb olacaq. Qeyd etmək lazımdır ki, planetdəki qida məqsədli bitkilərin 75%-i tam və ya qismən tozlanma prosesindən asılıdır. Ekoloqlar bildiriblər ki, bu problem düyü və buğda kimi bitkiləri əhatə etmir. Məlumatda qeyd edilib ki, alma, yabanı giləmeyvələr, balqabaq və s. kimi meyvə və tərəvəzlər mütləq şəkildə həşəratlar tərəfindən tozlanma prosesinə ehtiyac duyurlar.
Aparılmış tədqiqat çərçivəsində mütəxəssislər tozlandırıcıların məhdud şəkildə fəaliyyətlərinin qida məhsullarının istehsalına nə dərəcədə təsir göstərdiklərini təyin etməyə çalışıblar. Bunun üçün onlar bitkilərin tozlanması üzrə ən geniş qlobal məlumatlardan birini analiz ediblər. Məlum olub ki, qlobal əkinçilik sisteminin 60%-i yetəri səviyyədə tozlanmaya məruz qalmadığı üçün məhdud vəziyyətdədir. Bu problem 49 növ kənd təsərrüfatı bitkisinin 25-ni əhatə edir. Bununla belə sözügedən problemin təsiri altına ən çox qaragilə, qəhvə və alma bitkiləri düşürlər. Məlumatda qeyd edilib ki, tozlandırıcıların məhdud şəkildə fəaliyyətləri problemi bütün ölkələrin 85%-də müşahidə edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ