Qida sənayesində inqilab. ABŞ-da süni ət məhsulu məşhurlaşmağa başlayıb

Qida sənayesində inqilab. ABŞ-da süni ət məhsulu məşhurlaşmağa başlayıb

Texnologiya
27.05.2017 PAYLAŞIM

Bill Gates tərəfindən maliyyələşdirilən “Beyond Meat” şirkəti özünün istehsalı olan süni ət məhsulunun məşhurlaşdırılmasını planlaşdırır.

Yaxın zamanda noxud zülalından, maya ekstraktından və kakos yağından hazırlanmış süni ət, Safeway mağazalar şəbəkəsində satılmağa başlayacaq. Bir neçə müddət bundan öncə “Beyond Meat” şirkətinin süni ət məhsulunu yalnız bəzi restoranlarda və Whole Foods mağazalar şəbəkəsində dadmaq olurdu. İndi isə şirkət daha böyük bazara çıxmaq şansına sahibdir. Belə ki, süni ət məhsulu, Safeway ticarət şəbəkəsinin 280 mağazasında satışa çıxacaq. “Bu, bizim, əti necə qavramağımız uğrunda vacib bir addımdır. Biz düşünürük ki, heyvanlar ətin əldə olunması üçün lazımdır. Lakin bu yanlışdır” – deyə şirkətin CEO-su Ethan Brown bildirib. Bu günə kimi üzərində süni ət yazısı olan məhsullar, adi ətə demək olar ki, bənzəmirdilər. Onları daha çox dondurulmuş tərəvəzlərin arasında tapmaq olardı. “Beyond Meat” şirkəti, süni əti dad və daxili strukturuna görə maksimal dərəcədə əsl ətə oxşatmağa çalışır. Belə ki, süni ətin tavada özünü əsl ət kimi aparması üçün ona qurudulmuş çuğundur və müxtəlif şərbətlər əlavə olunur. Süni ət, 2 ədəd ətin olacağı xüsusi qablaşdırılmada satılacaq. Belə bir məhsulun qiyməti isə 5.99$ təşkil edəcək. Yəni əsl ətdən 2 dəfə daha baha. Aliied Market Research-in məlumatlarına əsasən süni ətdən ibarət məhsul bazarı hər il 8.4% artacaq və 2020-ci ildə 5.2 milyard dollar təşkil edəcək. İndi isə süni ət, əsl ətə daha çox oxşamağa başlayır və ABŞ sakinlərinin 2/3 hissəsi ondan istifadə etməyə hazırdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..

×