
Qızı iPhone X haqqında video paylaşdığına görə atası 'Apple'dan qovuldu (VİDEO)
Elm & Texnologiya
29.10.2017
Emil
“Apple” şirkəti hələ satışa çıxmamış iPhone X smartfonu haqqında YouTube-a video yükləmiş qızın atasını işdən qovdu.
Bu barədə Brooke Amelia Peterson
öz yeni videosunda danışıb. Onun atası hələ satışa çıxmamış məhsulların göstərilməsini
qadağan edən qaydanı pozduğu üçün işdən azad olunub. Bir neçə müddət bundan öncə
Brooke Amelia Peterson iPhone X barədə video paylaşmışdı. Həin videoda
smartfondakı təqvimin, bildiriş panelinin və digər tətbiqlərin necə çalışdığı əks
olunmuşdu.
Bununla yanaşı videoda hər bir şirkət əməkdaşı üçün nəzərdə tutulmuş
QR kod da əks olunmuşdu. Sözügedən videoçəkiliş şirkətin kampusunda baş
tutumuşdu. Daha sonradan həmin video YouTube-dan silinmişdir. Qeyd etmək
lazımdır ki, Amelia-nın atası şirkətdən qovulmamışdan öncə Apple Pay
texnologiyası üzərində çalışırdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
