'Qlobal İnfluenser Günü'nün təşkilatçıları media nümayəndələri üçün mətbuat konfransını təşkil etdilər

'Qlobal İnfluenser Günü'nün təşkilatçıları media nümayəndələri üçün mətbuat konfransını təşkil etdilər

26.10.2018 PAYLAŞIM

Oktyabrın 27-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü”nün təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” media nümayəndələri üçün tədbir ərəfəsində sonuncu mətbuat konfransını təşkil etdilər.

Tədbirə son hazırlıq işlərinin vəziyyəti barədə “Keepface DMCC”-nin həmtəsisçisi Vaqif Abbasov danışdı:

Bənzər xəbər


“Mərasimdə 1300 nəfərin iştirakı gözlənilir. Tədbirdə robot Sofiyanın açılış nitqi olacaq. Daha sonra süni intellekt barədə suallar cavablandırılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi “İnnovasiya Həftəsi” layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq”


Vaqif Abbasovun dediyinə görə, tədbir zamanı "Keepface" şirkəti 2019-cu ildə çıxarmağı planlaşdırdığı "keepkoin" kriptovalyutasının hazırlanma mərhələlərini də açıqlayacaq: "Daha öncə kriptovalyuta yaratmağa cəhdlər oldu, lakin beynəlxalq bazarda kriptovalyutaların dəyəri aşağı düşdüyündən planımızı bir müddətliyə təxirə saldıq. Artıq beynəlxalq bazarı daha geniş araşdırmışıq və 2019-cu ildə "keepkoin"i bazara çıxarmağı hədəfləmişik. “Keepface" şirkəti 2016-cı ildə təsis edilib. Şirkət hazırda Şimali Afrika, ərəb ölkələri, keçmiş sovet məkanı və latın Amerikası daxil olmaqla, 35 ölkədə fəaliyyət göstərir və 2019-cu ildə isə ABŞ və Çin kimi böyük bazarlara daxil olmağı planlaşdırır”.

“Global Influencer Day”-in Baş Sponsoru olan “Gilan Holding”-in Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Məmmədov tədbirin əhəmiyyətindən danışaraq təşkilatçıları belə bir tədbirin ərsəyə gətirdikləri münasibətilə təbrik etdi.


“Global Influencer Day”-in Bank Sponsoru Azərbaycan Beynəlxalq Bankının Marketinq Departamentinin rəhbəri Nigar Tahirova bu tədbiri cəmiyyətimizin inkişafı üçün faydalı tədbir və təşəbbüs kimi qiymətləndirdi. N. Tahirova növbəti günlər ərzində “Global Influencer Day” çərçivəsində faydalı məlumatlarla zəngin maraqlı sessiyaların olacağını əminliklə qeyd etdi. Nigar Tahirovanın dediyinə görə, dünyada innovasiya və yeni texnologiyaların tətbiqində banklar mühüm rol oynayır və bunu dəstəkləyirlər. Azərbaycan Beynəlxalq Bankının da yeniliklərin tətbiqində mühüm rol oynadığını qeyd edən N.Tahirova misal kimi, ilk milli prosesinq mərkəzinin yaradılması, milli bankomatın quraşdırılması, viza, master və american express kimi kartların Azərbaycanda tətbiqini və s. göstərdi.

“Global Influencer Day”-in GSM Sponsoru olan Azercell-in korporativ kommunikasiyalar meneceri Nigar Şıxlinskaya da təmsil etdiyi şirkətin müasir texnologiyalardan istifadə etməsindən və buna önəm verməsindən danışdı. N.Şıxlinskaya hesab edir ki, innovativ inkişaf bütün sahələri əhatə edəcək və bununla da bu sahələrin bir birləri ilə bağlılığını təmin edəcək. Bu baxımdan, Nigar xanım Qlobal İnfluenser Gününün keçirilməsini ölkənin inkişafı baxımdan mühüm hadisə adlandırdı və təşkialtçıları bu uğurla bağlı təbrik etdi.


Tədbirin sonunda xarici influenserlər və məruzəçilər mövzu ilə bağlı fikirlərini bildirdilər.

“Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq baş tutacaq beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan Sofia ilə ünsiyyət qurmaq imkanı yaranacaq. Sofia insanaməxsus 60 təəssürratı (gülmək, yuxulamaq, təssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və.s) ifadə etmək bacarığına sahibdir. İndiyədək 40 ölkəyə səfər edən Sofia ingilis və rus dillərində sərbəst danışır, ünvanlanmış suallara məntiqli cavablar verir. Onun hətta öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində Sofia “Qlobal İnfluenser Günü” keçirilən Heydər Əliyev Mərkəzinin səhnəsinə Azərbaycan milli geyimində çıxacaq.


Xatırladaq ki, “Qlobal İnfluenser Günü” tədbirinin təşkilatçıları “Keepface DMCC” və “FA International Trade Events”dir. Keepface markaları və influenserləri birləşdirən, onların bir-biriylə əməkdaşlığını avtomatlaşdıran bir platformadır. Dünyanın 35 ölkəsində fəaliyyət göstərən Keepface-in 14000-dən artıq influenseri var.

Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, “ADA” Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CELA və CAMCA network tərəfindən dəstəklənir. “Leo Burnett Azərbaycan”, “Mediamark”, “Adzone”, “Canvas”, “Times Consulting”, “Alibayov Communication & Consulting”in müxtəlif aspektlərdə kömək etdiyi “Qlobal İnfluenser Günü”nün baş sponsoru Gilan Holding, bank sponsoru Azərbaycan Beynəlxalq Bankı, GSM sponsoru Azercell və digər sponsorlar Astrolabs, Vita1000, iTicket.az, Vitam, SOCAR AQS, “Zeytun Bağları”, Qafqaz Hotels and Resorts, pwc, Sat Group, Mars Academy, Roof Academy, Barattson, Paym.es, Prima.az və s.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×