Qlobal istiləşmənin sürəti artmaqda davam edir
Elm & Texnologiya
22.11.2024
Emil Nəcəfov
Günümüzdə alimlər dayanmadan iqlim böhranı barəsində danışırlar və xəbərdarlıq edirlər ki, bu vəziyyətin nəticələri təkcə insanlar üçün deyil, bütün canlılar üçün olduqca ağır olacaq. Lakin Yer kürəsi hansı sürətlə qızır? Alimlər hesab edirlər ki, Yer kürəsi olduqca sürətlə qızmağa davam edir. 1933-cü ilin sentyabr ayında meteoroloq Joseph Kincer-in ağlına belə bir sual gəldi. Yer kürəsinin iqlimi dəyişirmi? Bütün planet üzrə təyin edilmiş temperatur göstəricilərindəki tendensiyaları analiz edərək Kincer belə qənaətə gəldi ki, planetdəki temperatur bir qədər artıb. Lakin həmin vaxtda meteoroloq bunun səbəbini açıqlamamışdı.
1938-ci ildə isə britaniyalı mühəndis Guy Callendar sübut etdi ki, daha öncəki 50 il ərzində Yer kürəsinin ortalama səth temperaturu 0.3 dərəcə Selsi yüksəlib. Mühəndis güman edirdi ki, temperatur artımının səbəbi kömürün yandırılması nəticəsində atmosferdəki CO2 qazı səviyyəsinin yüksəlməsindədir. Bu cür nəticə ilkin parnik effekti fərziyyəsinə əsaslanırdı. Günümüzdə mütəxəssislər çoxlu sayda yerüstü meteoroloji stansiyalar və peyklər vasitəsilə əldə edilmiş məlumatlardan istifadə edirlər. Onlar havanın proqnozlaşdırılması üçün bu məlumatları kompüter modelləşdirmələri ilə birləşdirirlər.
Bu öz növbəsində onilliklıər ərzində planet iqliminin günbəgün necə dəyişdiyinə dair təsviri formalaşdırmağa yardımçı olur. Aparılmış müşahidələrə əsasən son 2 il (2023 və 2024) 19-cu əsrin ortasından aparılan müşahidələr tarixinin ən isti illəri olublar. Nəticədə məlum olub ki, Yer kürəsində ortalama temperaturun 0.3 dərəcə Selsi artması üçün 100 il, 1 dərəcə Selsi artması üçün isə 60 il vaxt lazım olub. Burdan da belə bir qənaətə gəlmək olar. Yer kürəsi olduqca sürətlə qızır. Lakin planetdə baş verən qlobal istiləşmənin sürətini artıran amillər nələrdir? Alimlər ilk növbədə hesab edirlər ki, əsas səbəb insan fəaliyyəti nəticəsində atmosferə ifraz edilən parnik qazlarındadır.
İnsan fəaliyyəti nəticəsində atmosferə nə qədər çox miqdarda parnik qazları ifraz edilirsə, Yer kürəsində temperatur artımı bir o qədər sürətlə gedir. Təəssüflər olsun ki, ifraz olunan parnik qazları miqdarının azaldılması qlobal istiləşmənin qarşısını almayacaq. Lakin bununla belə proses bir qədər ləngiyə bilər. Alimlər hesab edirlər ki, parnik qazları ifrazı göstəricisi sıfıra düşsə, məhz o halda planetin temperaturu stabilləşə bilər. Lakin Yer kürəsinin eyni sürətlə qızmasına səbəb olmayan digər faktorlar da var. Məsələn 1970 ildən indiki zamana qədər onilliklər ərzində qlobal istiləşmənin sürəti olduqca sabit olub və 0.2 dərəcə Selsi təşkil edib.
Bu isə daha öncəki zaman dövrlərində olmuş nəticələrdən daha sürətlidir. Son 2 il ərzində olmuş müşahidələr qlobal istiləşmə sürətinin artmasından xəbər verirlər. Aparılmış tədqiqatlara əsasənm planet heç dıə bütün regionlarda eyni sürətlə qızmağa başlamayıb. Belə ki, quru sahə sürətlə qızdığı halda okeanlarda bu proses daha ləng gedib. Yeni məlumatlara əsasən hal-hazırda ən sürətlə qızan region Arktikadır. O, digər regionlarla müqayisədə 4 dəfə daha sürətlə qızır. Proqnozlara əsasən növbəti onillikdə planetdəki ortalama temperatur göstəricisi 1.5 dərəcə Selsi həddini keçəcək. Buna görə də planetin gələcəyi insanların yaxın illərdə atacaqları addımlardan asılı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub
Bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub
Alimlər təyin ediblər ki, bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub. Belə ki, keçən ay ortalama temperatur göstəricisi 15.32 dərəcə Selsi təşkil edib.
Planetdə temperatur daha öncə gözlənildiyindən iki dəfə daha çox artacaq
Planetdə temperatur daha öncə gözlənildiyindən iki dəfə daha çox artacaq
Mütəxəssislərin fikirlərinə əsasən planetimizdə müşahidə edilən qlobal istiləşmə əvvəlki proqnozlardan iki dəfə daha pis olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, Yer kürəsi faciəvi səviyyədə istiləşmə yolunda hərəkət edir.
Ağaclar artıq CO2-ni effektiv şəkildə uda bilmirlər
Ağaclar artıq CO2-ni effektiv şəkildə uda bilmirlər
Aparılmış yeni tədqiqatın nəticələrinə əsasən ağacların karbon qazını udma proseslərinə baxmayaraq Yer kürəsinin atmosferində parnik qazlarının miqdarı artmaqda davam edir.
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Qlobal istiləşmə Dünyadakı hər kəsi təhdid edən amillərdən biridir. Müxtəlif geomühəndislik metodları ilə bunun qarşısının alına biləcəyi düşünülür. Yeni bir tədqiqat isə almaz tozlarının istifadəsini təklif edir.
Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
Tədqiqatçılar güman edirlər ki, insanların bütün səylərinə baxmayaraq planetin qlobal istiləşməsini məhdudlaşdırmaq mümkün olmayacaq və o, 1.5 dərəcə Selsi temperatur sərhədini keçəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!