Qocalmaq bilməyən proqramlaşdırma dili - Java haqqında miflər və reallıqlar

Qocalmaq bilməyən proqramlaşdırma dili - Java haqqında miflər və reallıqlar

23.02.2018 PAYLAŞIM

    Proqramlaşdırma dillərinin istifadə statistikasını aparan TIOBE şirkətinin yekun qərarına görə Java 2015-ci ilin ən məşhur proqramlaşdırma dili elan edilmişdi. Və əgər biz bu gün - 21.02.2018 tarixində də TIOBE -yə nəzər salsaq görərik ki bu dil hələ də aktuallığını itirmir və hazırda da birinci yeri tutaraq 2018-ci ilin də liderliyini özündə saxlaya bilir.    Bu dilin artıq 22 yaşı olduğunu nəzərə alsaq gördüyümüz cədvəl həqiqətən də maraq cəlb edir. Məqalədə biz sizə bu “qoca” lakin hələ də məşhur dil barədə mif və reallıqlar barədə danışacağıq.

     Java, dil olmaqdan daha çox bir platformadır. Son zamanlar JVM üzərində işləyən, lakin sintaksisə görə Java-dan fəqlənən yeni dillər ilə tez-tez rastlaşırıq. Əsasən bu platformadan tətbiqlərin server hissəsində istifadə olunur. Nəhəng veb layihələrin arxa hissəsi, korporativ sistemlər və digər irihəcmli proqram təminatları Java-da yazılır.


     Bank sistemləri qədər böyük layihələr üçün mühəndislər bu dildən istifadə edirlər. Dilentantların miflərini kənara qoysaq görərik ki, həqiqətən də Java-da yaradılmış proqramlar "C++"a nisbətən sürətli işləyirlər. Və buna baxmayaraq həmin proqramların keyfiyyət göstəriciləri "C++"dan heç də geri qalmır. Məşhurluğuna görə ikinci səbəb kimi maddi tərəfdən də bu dildə proqram sifariş etməyin daha ucuz olduğunu göstərə bilərik. Çünki proqramçıya böyük həlləri bu dildə yaratmaq daha asandır. Java, enterprise həllər üçün yaradılmışdır. Çünki Sun, sonradan isə Oracle, məhz bu istiqamət üzrə siyasəsət apararaq dili təkmilləşdirir.

     Təhlükəsizlik baxımından da Java etibarlı hesab olunur. Buraxılan hər yeni versiyanın sonraki əlavələrinin (patch-lar) yarısı məhz təhlükəsizlik parametrlərinə aid olur. Və hətta hər hansı şirkət istifadə etdiyi Java-nın versiyasını yeniləmək istəmədiyi halda Oracle-a müraciət edərək buraxılmış təhlükəsizlik əlavələrinin hazırki (köhnə) versiyaya uyğun olanını müəyyən ödəniş ilə sifariş edə bilər.

Java üzrə proqram təminatının yaradılması kursu - burada

     Java, az öncə dediyimiz kimi, məhz böyük layihələr üçün nəzərdə tutulmuşdur. Yəni, əgər sizin layihəniz bir neçə statik səhifədən ibarət olan veb saytdırsa burada Java istifadə etmək sərfəli olmaz. Çünki Java sürətli işləsə də, server baxımından çox tələbkardır. Böyük həcmdə RAM istifadəsi bu dil üçün adi haldır. Və ona görə də hazırki nümunədə, PHP dilindən yararlansanız sizin üçün daha səmərəlidir.

     Java krossplatform dildir. Yəni bu dildə yaradılmış proqram təminatını istənilən cihazda və əməliyyat sistemində işə salmaq olar. Dil yaradıldıqda məhz bu məqsədi güdürdü. Proqramçı bir dəfə yazır - proqram isə hər yerdə işləyir. Lakin bəzən bu məqamda nöqsanlar yaranır. Eyniadlı platformalar eynidir. Java bu cür “düşünür” və buna uyğun da davranır. Amma bəzən məsələn hansısa smartfon istehsalçısı öz istifadə elədiyi platforma versiyasındakı lazımsız hesab etdiyi hansısa özəlliyi söndürür və nəticədə, məsələn, Nokia üçün yazılmış oyun Samsungda işləməyə bilər. Bu problemə görə ən çox zərər çəkən elə smartfonlar üçün proqram təminatı yazanlar olur.

     Az öncə qeyd etdiyimiz problemə baxmayaraq, Android tətbiqlərinin çoxusu Java-da yazılır. Əlbətdə ki, bunun üçün "C++"dan da istifadə eləmək olar. Amma Java daha ucuz başa gəlir. Və təbii ki, texniki dəstək imkanları da daha genişdir. Java-nın proqramçı cəmiyyəti bir kənara, Android ƏS -nin istehsalçısı olan Google da proqramçılara öz köməyini göstərir. Və nəticədə proqramçının işini daha da asanlaşdırır.

     Android üçün yazacağınız tətbiqdə Java-dan istifadə etmək sizin üçün daha rahat və tez ola bilər, lakin əgər sizin proqram və ya oyun mürəkkəb 3D -qrafikadan istifadə edirsə burada üstünlük C++ üçün verilməlidir. Java belə məqsədlər üçün keyfiyyətli göstərici olmaya bilər.

     Yeri gəlmişkən. Əgər siz bizim Java haqqında yazdığımız öncəki məqaləni də oxumusunuzsa məşhur Minecraft oyununun bu dildə yazılmasından xəbərdarsınız. Gəlin məsələyə biraz aydınlıq gətirək. Çünkü həmin məqaləmizdə yazılanlar ilə az öncə oxuduğunuzu üst-üstə gətirdikdə yanlış anlaşılma yarana bilər. Narahat olmayın. Bu yalan deyil. Həqiqətən də Minecraft Java-da yazılmışdır. Və eyni zamanda həqiqətən də Java-nın 3D qrafika baxımından nöqsanları var. Məsələ burasındadır ki, Minecraft -da qrafika OpenGL vasitəsi ilə işləyir. Arxada isə, bəli, Java durur. Haqqında danışdığımız dilin imkanlarından yararlanaraq istənilən nativ tətbiqə Java-da backend yazmaq olar. Proqramçı sadəcə olaraq Java ilə qrafik altsistem arasında bir körpü yaradır və beləliklə oyun həm gözoxşayan qrafikaya həm də möhkəm backendə sahib olur.

     Məqalənin ən başında biz sizə Java-nın yaşını xatırlatdıq. 22 yaş bir texnologiya üçün həqiqətən də çoxdur. Lakin burada qocamanlığa pozitiv yanaşa bilərik. Çünki bu qədər il ərzində dil daima təkmilləşir, cəmiyyət genişlənir. Və nəticədə standart həllərin sayı artdıqca artır. Bu isə o deməkdir ki, proqramçı öz layihəsini sıfırdan yazmır. Yaxşı axtarış edərək, hazır həllər tapıb onları birləşdirərək öz proqramını yaradır. Üstəlik tapılmış həlləri proqramçı özü inkişaf etdirib kommersiya məqsədləri üçün rahat istifadə edə bilər. Eyni zamanda da məşhur Android platforması bu dilə öz dəstəyini göstərir və nəticədə Java məşhurluq cədvəllərində öz liderliyini qorumağa davam edir.

     Java haqqında hər iki məqaləmizlə tanış olmusunuzsa, ümid edirik ki, artıq sizdə bu dil barədə müəyyən təsəvvür yaranıb. Əgər bu dilə marağınız və öyrənmə həvəsiniz varsa, sizə Bakıda, “STEP IT Akademiyasında” Java üzrə proqram təminatının yaradılması” kursunu məsləhət görə bilərik. Kursun proqram ilə buradan tanış olub, sözügedən proqramlaşdırma dilini peşəkarlardan öyrənmək mümkündür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×