Qualcomm Apple'a qarşı məhkəmədə qalib gəldi: Çində iPhone'ların satışına qadağa qoyuldu

Qualcomm Apple'a qarşı məhkəmədə qalib gəldi: Çində iPhone'ların satışına qadağa qoyuldu

Texnologiya
11.12.2018 PAYLAŞIM

    Prosessorların istehsalı ilə məşğul olan məşhur Qualcomm şirkəti Çində Apple şirkətinə qarşı qaldırmış olduğu məhkəmədə qalib gəlib. Qualcomm məhkəmədən bir sıra iPhone modellərinin Çində satışına qadağa qoyulmasını tələb edirdi. Bu barədə Business Insider saytı xəbər verib. Qualcomm-un verdiyi məlumata əsasən nəticə etibarilə iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 PlusiPhone X modellərinin ölkəyə gətirilməsi və satılması qadağan edilib.

    Məhkəmənin fikrincə Apple şirkətinin cihazları Qualcomm-un fotonun redaktə edilməsi və sensorlu idarəetmə texnologiyaları ilə bağlı patent qaydalarını pozur. Apple şirkəti isə Qualcomm-un bu cür hərəkətini qanunsuz hesab edir. Şirkət bildirib ki, Çində bütün iPhone modelləri satılmağa davam edəcək. Bununla yanaşı şirkət məhkəmə qərarının ləğv edilməsi ilə bağlı planlarını da açıqlayıb. Patent hüquqlarının pozulmasına cavab olaraq Apple şirkəti bildirib ki, hal hazırda satışda olan bütün iPhone modelləri iOS 12 əməliyyat sistemi vasitəsilə çalışırlar. Bu əməliyyat sistemi isə məhkəmə tərəfindən baxılmış patentləri pozmur.

Bənzər xəbər


    Məhkəmə tərəfindən qoyulmuş qadağanın nə zaman qüvvəyə minəcəyi barəsində məlumat yoxdur. Qeyd etmək lazımdır ki, hal hazırda Apple şirkətinin Çin regionu üçün olan saytında hələki iPhone 7, iPhone 7 Plus, iPhone 8 və iPhone 8 Plus modellərini almaq mümkündür. iPhone 6, iPhone 6S və iPhone X modellərinin istehsalından şirkət hələ bu ilin sentyabr ayında imtina etmişdi. Lakin bu ilki iPhone modellərinin zəif satışları səbəbilə şirkət iPhone X modelinin istehsalını bərpa etdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..


Porsche Design Acer Book RS | Video İcmal

Porsche Design Company və Acer-in birlikdə ərsəyə gətirdiyi biznes notebook. Premium seqmenti hədəfl..

×