main-post-cover

    Qualcomm artıq Snapdragon 865 Plus prosessoru üzərində çalışır

    Elm & Texnologiya
    17.02.2020
    Emil Nəcəfov
        Baxmyaraq ki, Snapdragon 865 flaqman prosessor modeli yenicə smartfonlara inteqrasiya edilməyə başlayıb, Qualcomm şirkəti artıq onun təkmilləşdirilmiş versiyası üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Digital Chat Station ləqəbli çinli insayderin verdiyi məlumata əsasən şirkət təkmilləşdirilmiş prosessor modelini Snapdragon 865 Plus adlandıracaq.
        Prosessorun final prototipi 2 aydan sonra ortaya çıxmalıdır. Gözləntilərə əsasən Snapdragon 865 Plus bu ilin 3-cü rübündə (iyul, avqust, sentyabr) təqdim olunacaq. Təəssüflər olsun ki, yeni prosessor barəsində heç bir məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, Plus versiyanın adi Snapdragon 865-dən fərqi ondan ibarət olacaq ki, Plus versiya gücləndirilmiş CPU-ya sahib olacaq. 
    Linki kopyala