Logo
    main-post-cover

    Qualcomm desktop ARM prosessor üzərində çalışır

    Elm & Texnologiya
    18.12.2024
    Emil
         Roland Quandt adlı məşhur insayderin vermiş olduğu məlumata əsasən Qualcomm şirkəti desktop ARM prosessor üzərində çalışır. İnsayder belə nəticəyə Qualcomm-un yeni prosessorunun özəllikləri sayəsində gəlib. Belə ki, insayder qeyd edib ki, test edilmiş prosessorun özəllikləri heç də mobil prosessorun özəlliklərinə bənzəmir. Məlumatda qeyd edilib ki, Qualcomm tərəfindən hazırlanan desktop ARM prosessoru Project Glymor kod adına sahibdir. İnsayder qeyd edib ki, şirkət hal-hazırda bu prosessoru maye soyutma sisteminə sahib kompüter çərçivəsində test edir.
        Nəzərə alsaq ki, noutbuklarda maye soyutma sistemi demək olar istifadə edilmir, belə qənaətə gəlmək olar ki, Qualcomm-un hazırladığı yeni prosessor stolüstü kompüterlər üçün nəzərdə tutulub. Analitiklərin fikirlərinə əsasən Qualcomm tərəfindən belə prosessorun təqdim olunması qaçılmazdır. Belə ki, Windows 11 əməliyyat sistemi ARM platforma üçün aktiv şəkildə inkişaf etdirilir. Bununla belə Qualcomm bu mövzuda Intel və AMD şirkətləri tərəfindən güclü rəqabətlə qarşılaşa bilər. Həmçinin noutbuklar üçün nəzərdə tutulmuş prosessorlardan fərqli olaraq desktop prosessorların hazırlanması daha qəliz bir prosesdir.
    Paylaş