main-post-cover

    Qualcomm ekrana inteqrasiya ediləcək yeni sürətli barmaq izi skanı texnologiyası üzərində çalışır

    Elm & Texnologiya
    16.06.2020
    Emil Nəcəfov
        Qualcomm şirkəti təkcə mobil prosessorlar deyil həmçinin barmaq izi skanı texnologiyaları da hazırlayır. İnsayderlərin verdikləri məlumatlara əsasən yaxın zamanda şirkət tamamilə yeni barmaq izi skanı texnologiyasının istehsalına başlayacaq. Bu texnologiyanın əsas özəllikləri sırasında barmaq izinin sürətli oxunması və ekran sahəsinin böyük hissəsinin əhatə olunması olacaq. Bunun sayəsində istifadəçi öz barmağı ilə kiçik skan sahəsini axtarmalı olmayacaq. Bu barədə Gizmochina saytı xəbər verib.
        Digital Chat Station ləqəbli məşhur insayder qeyd edib ki, Qualcomm şirkəti ekrana inteqrasiya edilən ultrasəs texnologiyalı yeni nəsil barmaq izi skanı texnologiyasının test olunmasına başlayıb. Ekran sahəsinin böyük hissəsinin əhatə olunması ilə yanaşı bu texnologiya həmçinin barmaq izinin sürətli oxunması özəlliyinə də sahib olacaq. İnsayder qeyd edib ki, sözügedən barmaq izi skanı texnologiyası gələn il Snapdragon 875 prosessoru ilə birlikdə istifadəyə veriləcək.
        Qeyd etmək lazımdır ki, Qualcomm şirkəti həmçinin 3D Sonic Max adlı ikinci nəsil barmaq izi skanı texnologiyasının istifadəyə verilməsinə hazırlşır. Bu texnologiya eyni anda 2 barmaq izini skan etmək özəlliyinə sahibdir. Güman edilir ki, ikinci nəsil 3D Sonic Max texnologiyası avqust ayında təqdim olunacaq Galaxy Note 20 smartfon seriyasında reallaşdırılacaq.
    Linki kopyala