Qualcomm ekrana inteqrasiya edilən yeni nəsil barmaq izi skanı texnologiyasını təqdim edib

Qualcomm ekrana inteqrasiya edilən yeni nəsil barmaq izi skanı texnologiyasını təqdim edib

Texnologiya
13.01.2021 PAYLAŞIM

    2018-ci ildə Qualcomm şirkəti 3D Sonic Sensor adlı birinci nəsil barmaq izi skanı texnologiyasını təqdim etmişdi. Bu texnologiya barmaq izinin skanı üçün ultrasəs üsulundan istifadə edir. Həmin vaxtdan şirkət mühəndisləri sözügedən texnologiyanı təkmilləşdiriblər və onun yenilənmiş versiyasını təqdim ediblər. Təqdim olunmuş yeni barmaq izi skanı texnologiyası iki dəfə daha sürətli çalışır. Bu barədə 4pda saytı xəbər verib.


    Beləliklə ekrana inteqrasiya olunan 3D Sonic Sensor Gen 2 adlı yeni barmaq izi skanı texnologiyası smartfon ekranının 77%-ni əhatə edə bilir. Bu isə öz növbəsində 1.7 dəfə daha çox biometrik məlumatın əldə olunması imkanını yaradır. Mühəndislərin əldə etdikləri ən əsas nailiyyət isə ondan ibarətdir ki, bu yeni texnologiya əvvəlki ilə müqayisədə barmaq izini iki dəfə daha tez skan edir. Qualcomm-un sözlərinə əsasən 3D Sonic Sensor Gen 2 texnologiyasını əldə edəcək ilk smartfonlar artıq bu ilin  əvvəlində təqdim olunacaqlar. Heç istisna deyil ki, 14 yanvar tarixində təqdim olunacaq Galaxy S21 seriyasının smartfonları məhz bu barmaq izi skanı texnologiyasını əldə etsinlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung naqilsiz Galaxy Buds Pro qulaqlığını və SmartTag axtarış trekerini təqdi..

Galaxy S21 flaqman smartfonları ilə yanaşı Samsung şirkəti həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlı..


Ümumilikdə 140 milyard dolların itirilməsi: Bəzi insanlar bitcoin portmanatların..

Ümumi dəyəri 140 milyard dollar olan bitcoinlər elektron portmanatlarda yerləşirlər. Lakin problem o..


Samsung Exynos prosessorları ARM Mali əvəzinə AMD qrafik çiplərinə sahib olacaql..

Hələ 2019-cu ildə Samsung şirkəti AMD ilə birgə əməkdaşlığını elan etmişdi.


30% daha güclü CPU və 40% daha güclü GPU: Samsung Exynos 2100 flaqman prosessoru..

Galaxy S21 flaqman smartfon seriyasının təqdimatından öncə Samsung şirkəti Exynos 2100 adlı yeni fla..


Gözlənildiyindən daha tez: Tesla ən ucuz elektromobilini gələn il təqdim edə bil..

İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Tesla şirkəti ucuz qiymətə satılacaq yeni elektromobil..


Lenovo şirkəti CES 2021 sərgisi çərçivəsində ThinkReality A3 adlı AR eynəkləri t..

CES 2021 sərgisi çərçivəsində Lenovo şirkəti ThinkReality A3 adlı təkmilləşdirilmiş AR (artırılmış r..

×