Logo
    main-post-cover

    Qualcomm iki yeni prosessorunu təqdim etməyə hazırlaşır

         İnsayderlərin sözlərinə əsasən Qualcomm şirkəti iki yeni prosessorunu təqdim etməyə hazırlaşır. Məlumatda qeyd edilib ki, söhbət, Snapdragon 8s Gen 3 flaqman prosessorundan və Snapdragon 7+ Gen 3 adlı orta səviyyəli prosessordan gedir. Snapdragon 8s Gen 3 prosessoru SM8635 model nömrəsinə, Snapdragon 7+ Gen 3 prosessoru isə SM7675 model nömrəsinə sahibdir. İnsayderlər bildiriblər ki, hər iki prosessorun arxitekturası Snapdragon 8 Gen 3 flaqman prosessorunun arxitekturası ilə eyni olacaq.
         Snapdragon 8s Gen 3 prosessorunun 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsinə, 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsinə və 1.8 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A520 nüvəsinə sahib olacağı gözlənilir. Snapdragon 7+ Gen 3 prosessoruna gəldikdə isə onun 2.8 Ghz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.4 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A520 nüvəsini əldə edəcəyi gözlənilir. Bu yeni prosessorlar artıq gələn ay təqdim oluna bilərlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qualcomm iki yeni prosessorunu təqdim etməyə hazırlaşır | Technote