Logo
    main-post-cover

    Qualcomm ilə MediaTek öz yeni orta səviyyəli prosessorlarını gələn həftə təqdim edə bilərlər

         Qualcomm MediaTek şirkətləri bir neçə müddət bundan öncə özlərinin yeni flaqman prosessorlarını təqdim etdilər. Söhbət, Snapdragon 8 Gen 3-dən və Dimensity 9300-dən gedir. İndi isə bu şirkətlər özlərinin yeni orta səviyyəli prosessorlarını təqdim etməyə hazırlaşırlar. Söhbət, Snapdragon 7 Gen 3-dən və Dimensity 8300-dən gedir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən sözügedən yeni orta səviyyəli prosessorlar gələn həftə təqdim olunacaqlar. Məlumatda qeyd edilib ki, Snapdragon 7 Gen 3 prosessoru ilk olaraq Honor 100 smartfon seriyasında tətbiq ediləcək. Dimensity 8300-ə gəldikdə isə onun ilk olaraq Redmi K70e smartfonunda tətbiq ediləcəyi gözlənilir.
    Paylaş
    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qualcomm ilə MediaTek öz yeni orta səviyyəli prosessorlarını gələn həftə təqdim edə bilərlər | Technote