main-post-cover

    Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb

    Elm & Texnologiya
    01.02.2024
    Emil Nəcəfov
         Qualcomm şirkətinin CEO-su Cristiano Amon iPhone smartfonlarının 5G modemlər ilə təmin olunmaları mövzusunda Apple şirkətilə müqavilənin uzadıldığını elan edib. Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, Apple şirkətinin öz smartfonlarında fərdi 5G modemlərdən istifadə praktikası yenidən təxirə salınıb. Qeyd etmək lazımdır ki, Apple artıq bir neçə ildir ki, öz fərdi 5G modemini hazırlamağa çalışır. Lakin bu yolda şirkətin qarşısına müxtəlif problemlər çıxır.
         Söhbət, əsasən texniki problemlərdən gedir. Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Apple nəticədə fərdi 5G modem ideyasından imtina edib. Lakin müəyyən müddətdən sonra Apple təmsilçisi bu xəbəri təkzib edərək modem üzərində işlərin davam etdiyini təsdiqlədi. Görünür, gələcək iPhone modellərində Qualcomm-un 5G modemlərindən istifadə praktikası davam edəcək. Cristiano Amon bildirib ki, Qualcomm ilə Apple arasında bu mövzu ilə əlaqədar olan müqavilə 2027-ci ilin mart ayına kimi uzadılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alıcılar iPhone Pro-lardan daha çox adi iPhone modellərinə üstünlük verməyə başlayıblar
    alicilar-iphone-pro-lardan-daha-cox-adi-iphone-modellerine-ustunluk-vermeye-baslayiblar
    Apple Vision Pro-nun xarici batareyasının özəllikləri məlum olub
    apple-vision-pro-nun-xarici-batareyasinin-ozellikleri-melum-olub
    Apple qərarından dönmür: VisionPro-da Lightning başlıqdan istifadə olunub!
    apple-qerarindan-donmur-visionpro-da-lightning-basliqdan-istifade-olunub
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonlarının dizaynlarında ciddi dəyişiklik olmayacaq
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlarinin-dizaynlarinda-ciddi-deyisiklik-olmayacaq
    Apple hərəkətli ekrana sahib smartfonun patentini əldə edib
    apple-hereketli-ekrana-sahib-smartfonun-patentini-elde-edib