main-post-cover

    Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim edib

    Elm & Texnologiya
    18.05.2021
    Farid Pardashunas
        Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-dən gedir. Təqdim olunmuş bu prosessor 5G dəstəkli orta qiymət göstəricisinə sahib smartfonlar üçün nəzərdə tutulub və performanslı CPU nüvələri ilə birlikdə genişləndirilmiş multimedia özəlliklərini əldə edib. Beləliklə 6 nanometrlik Snapdragon 778G prosessoru özündə 2.4 GHz tezlikdə çalışan 8 ədəd Kryo 670 nüvəsini və Adreno 642L qrafik çipini birləşdirir. Sözügedən qrafik çipin dəstəklədiyi standartlar ilə multimedia API-ları arasında Vulkan 1.1, OpenGL 3S 3.1, OpenCL 2.0 FP, HDR10+HDR10 var.
        Snapdragon 778G ilə təchiz olunacaq smartfonlar 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranların dəstəklərini əldə edə biləcəklər. Bundan əlavə olaraq Snapdragon 778G-nin daxilində Hexagon 770 adlı 6-cı nəsil əlavə neyron prosessoru yerləşir. Sözügedən prosessor süni zəka hesablamaları üçün nəzərdə tutulub. Yeni Snapdragon modelinin dəstəklədiyi maksimal kamera göstəricisi 192 MP təşkil edir. Prosessorun dəstəklədiyi çəkiliş özəllikləri arasında fotoçəkiliş zamanı 10 bit-lik HDR HEIF/HEIC, videoçəkiliş zamanı isə HDR10, HDR10+ və HLG var.
        Snapdragon 778G-yə Snapdragon X53 adlı 5G modem inteqrasiya olunub. Bu modem saniyədə 3.3 Gbit download sürətini təmin edir. Prosessorun digər özəllikləri arasında Wi-Fi 6E, Bluetooth 5.2, NFC, GPS və Qualcomm-un ultrasəs əsasında hazırlanmış barmaq izi skanı texnologiyalarının dəstəyi mövcuddur. Snapdragon 778G həmçinin Quick Charge 5 sürətli şarj texnologiyası ilə də uyğunlaşa bilir. Gözləntilərə əsasən sözügedən prosessoru ilk əldə edəcək smartfon Honor 50 olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər