Logo
    main-post-cover

    Qualcomm orta səviyyəli smartfonlar üçün Snapdragon 6s Gen 3 prosessorunu təqdim edib

    Elm & Texnologiya
    07.06.2024
    Emil
         Qualcomm şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 6s Gen 3-dən gedir. Qualcomm-un bu yeni prosessoru 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 2.3 GHz tezlikdə çalışan Kryo nüvələrini birləşdirir. Bununla yanaşı Snapdragon 6s Gen 3-ə Snapdragon X51 5G modemi quraşdırılıb və prosessorun özü Wi-Fi 5, Wi-Fi 6, Bluetooth 5.2 texnologiyalarını dəstəkləyir.
         Digər özəlliklər arasında LPDDR4X standartlı RAM yaddaşlarının, UFS 2.2 standartlı daxili yaddaş həcmlərinin və 108 MP-ə kimi olan kameraların dəstəklərini qeyd etmək olar. Bununla yanaşı bu yeni prosessor 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları və saniyədə 60 kadr sürətlə 1080p keyfiyyətli videoların çəkilişləri imkanını dəstəkləyir. Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacaq smartfonlar yaxın zamanda təqdim olunmalıdır. Onu ilk olaraq Motorola-nın Moto G85 smartfonunun əldə edəcəyi gözlənilir.
     
    Paylaş
    Bənzər xəbərlər