main-post-cover

    Qualcomm, Quick Charge 3+ sürətli şarj texnologiyasını təqdim etdi

    Elm & Texnologiya
    29.04.2020
    Nijat Hamid
            Qualcomm şirkəti çipset istehsal etdikləri kimi sürətli şarj texnologiyaları da istehsal edirlər. Quick Charge adını verən Qualcomm şirkəti bu günlərdə Quick Charge 3+ sürətli şarj texnologiyasını da təqdim etdi. Bu sürətli şarj texnologiyası əsasən orta büdcəli smartfonlar üçün nəzərdə tutulub. 

    Quick Charge 3+ texnologiyası ilk dəfə Snapdragon 765 və 765G prosessorlarını istifadə edən smartfonlarda olacaq.

            Şirkətin əsas məqsədi sürətli şarj texnologiyaları orta və aşağı büdcəli smartfonlar üçün də ələçatan etməkdir. Quick Charge 3+ sadəcə 15 dəqiqə ərzində 50% şarj olma imkanı verir. Həmçinin 35% daha effektiv işləyir və 20 mV-a qədər maksimum gərginlik dəstəkləyir. Qeyd edək ki, Quick Charge 3+ həm naqilli, həm naqilsiz şarjı dəstəkləyir. Bu texnologiya ilə birliktə Qualcomm qısaqapanmaya qarşı istifadə edilən çiplərə olan tələbatı da azaldır. Şirkət tərəfindən verilən məlumata görə ilk etapda SoC 765765G prosessorlarında olacaq, sonra isə yeni çıxan bütün orta və aşağı büdcəli prosessorlarda Quick Charge 3+ dəstəyi olacaq.
    Linki kopyala