Qualcomm şirkəti 5G dəstəkli yeni büdcəli prosessor modeli üzərində çalışır

Qualcomm şirkəti 5G dəstəkli yeni büdcəli prosessor modeli üzərində çalışır

Texnologiya
22.05.2020 PAYLAŞIM

    Digital Chat Station ləqəbli çinli insayderin verdiyi məlumata əsasən Qualcomm şirkəti 5G dəstəkli büdcəli prosessor seriyasının yeni modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Məlumatda qeyd edilib ki, söhbət, Snapdragon 600 prosessor seriyasından gedir. Sözügedən prosessor seriyasının yeni modeli SM6350 kod adına sahibdir və o, 8 nüvə əldə edəcək: 2.246 GHz tezlikli 2 ədəd yüksək performanslı nüvə (çox güman ki, Cortex-A76) və 1.804 GHz tezlikli 6 ədəd nüvə (Cortex-A55).

    Bundan əlavə olaraq yeni prosessor modeli Adreno 615 qrafik çipi də əldə etməlidir. Yeni prosessor barəsində digər bir məlumat yoxdur. Sözügedən yeni prosessora sahib olacaq smartfonları bu ilin üçüncü rübündən tez gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, bu cür prosessor modellərini Qualcomm-dan başqa Huawei MediaTek şirkətləri də hazırlayır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×