main-post-cover

    Qualcomm şirkəti büdcəli smartfonlar üçün yeni Snapdragon 750G prosessorunu təqdim edib

    Elm & Texnologiya
    23.09.2020
    Emil Nəcəfov
        Heç gözlənilmədən Qualcomm şirkəti Snapdragon 750G adlı 8 nanometrlik yeni mobil prosessoru təqdim edib. Bu, Snapdragon 700 seriyasında ARM Cortex-A77 nüvələri əsasında hazırlanmış ilk prosessor modelidir. Sözügedən prosessor 5G-ni və 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları dəstəkləyir. Bu barədə Engadget saytı xəbər verib. Snapdragon 750G-nin mərkəzi prosessoru 2.2 GHz tezlikdə çalışan 2 ədəd yüksək performanslı Kryo 570 nüvəsinə və 1.8 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Prosessorun qrafik bacarıqlarından Adreno 619 çipi cavabdehdir.
        Qulcomm-un məlumatına əsasən yeni prosessor CPU cəhətdən Sanpdragon 730G-dən 30%, GPU cəhətdən isə 10% daha güclüdür. Snapdragon 765G-də olduğu kimi Snapdragon 750G-də də Snapdragon X52 adlı 5G modemdən istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, təqdim olunmuş yeni prosessor 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ və 60 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ ekranları dəstəkləyir. Prosessorun digər özəllikləri arasında qrafik drayverlərin Google Play vasitəsilə yenilənmələri, Bluetooth 5.1, Wi-Fi 6Quick Charge 4+ dəstəyi var. Snapdragon 750G-ni əldə edəcək ilk smartfon modeli Xiaomi-dən olacaq və həmin smartfonun bu ilin sonuna kimi satışa çıxması gözlənilir. 
    Linki kopyala