main-post-cover

    Qualcomm şirkəti Quick Charge 5 sürətli şarj texnologiyasını təqdim edib

    Elm & Texnologiya
    28.07.2020
    Farid Pardashunas
        Qualcomm şirkəti özünün Quick Charge texnologiyasının 5-ci nəslini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən bu, Android smartfonlar üçün nəzərdə tutulmuş ən sürətli şarj texnologiyasıdır. O, Quick Charge 1-dən 10 dəfə daha sürətli enerji ötürülməsini təmin edir və Quick Charge 4-dən 70% daha effektivdir. Bu barədə 4pda saytı xəbər verib. Quick Charge 5 texnologiyasının əsas özəlliklərindən biri də odur ki, o, ikili batareyaları və 20 volt gücündə cərəyanı dəstəkləyir.
        Nəticədə bu sürətli şarj texnologiyası sayəsində dəstəklənən Snapdragon prosessorlarına sahib smartfonları gücü 100 vatt-dan yuxarı olan şəbəkə adapterləri ilə şarj etmək mümkündür. Quick Charge 5 texnologiyası smartfonu 50%-ə kimi 5 dəqiqə ərzində şarj edə bilər. 100% enerjinin əldə olunması üçün isə 15 dəqiqədən az vaxt lazım olacaq. Qualcomm bildirib ki, bu cür göstəricilərə baxmayaraq qızma temperaturu Quick Charge 4-dən fərqli olraq 10 dərəcə selsi aşağı endirilib. Smart Identification of Adapter Capabilities texnologiyası isə enerji ötürülməsi effektivliyini maksimuma qaldırır, təhlükəsizliyi yüksəldir və şarj adapterinin daha uzunmüddətli istifadəsini təmin edir.
        Quick Charge 5 texnologiyası özündə 12 təhlükəsizlik səviyyəsini birləşdirir. Bura həmçinin qızmadan və yüksək cərəyandan qorunma da daxildirlər. Qeyd etmək lazımdır ki, Quick Charge 5 texnologiyasına sahib şarj adapterləri əvvəlki Quick Charge 2.0, Quick Charge 3.0, Quick Charge 4 və Quick Charge 4+ texnologiyaları ilə uyğunlaşdırılıb. Buna görə Quick Charge 5 texnologiyasını dəstəkləyən adapterləri Snapdragon prosessoruna sahib bir çox smartfon modelində istifadə etmək olar. Quick Charge 5 dəstəkli ilk smartfonlar bu ilin üçüncü rübündə təqdim olunacaqlar. Bu yeni texnologiya artıq Snapdragon 865 Snapdragon 865 Plus prosessorları tərəfindən də dəstəklənir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər