main-post-cover

    Qualcomm şirkəti Snapdragon 7s Gen 2 prosessorunu təqdim edib

    Elm & Texnologiya
    15.09.2023
    Emil Nəcəfov
        Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Təqdim edilmiş yeni prosessor Snapdragon 7s Gen 2 adını əldə edib. Bu yeni prosessor 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 2.4 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsini və 1.95 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Qrafik imkanlardan isə Adreno 710 qrafik çipi cavabdehdir.
        Üstəlik prosessora Snapdragon X62 adlı 5G modem də quraşdırılıb. Snapdragon 7s Gen 2 prosessoru LPDDR5 standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini, 144 Hz-ə kimi olan təsvir yenilənməsinə sahib Full HD+ ekranları və 200 MP-lik kameraları dəstəkləyir. Bundan əlavə olaraq bu yeni prosessor Wi-Fi 6E, Bluetooth 5.2Quick Charge 4+ texnologiyalarının dəstəklərinə sahibdir. Snapdragon 7s Gen 2 prosessoruna sahib ilk smartfon yaxın zamanda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər