
Qualcomm şirkəti Snapdragon X seriyası ilə büdcəli noutbuklar bazarına daxil olmağa hazırlaşır
Elm & Texnologiya
25.11.2024
Emil
Verilmiş məlumata əsasən Qualcomm şirkəti Snapdragon X seriyasının yeni prosessorları vasitəsilə büdcəli noutbuklar bazarına daxil olmağa hazırlaşır. Söhbət, 600$-a kimi satış qiymətinə sahib noutbuklardan gedir. Məlumatda qeyd edilib ki, Qualcomm hal-hazırda Snapdragon X seriyası çərçivəsində büdcəli noutbuklara istiqamətlənmiş 4 ədəd yeni prosessor üzərində çalışır.
Hazırlanan yeni prosessorlar 45 TOPS performanslı neyron çipinə sahibdirlər. Bu isə daha premium noutbuklar üçün olan Snapdragon X Plus və X Elite prosessorlarındakı neyron çipinə yaxındır. Nəticədə büdcəli noutbuklar süni zəka ilə bağlı əməliyyatlarda yüksək imkanlar sərgiləyə biləcəklər. Məlumata əsasən yeni prosessorlar arasında 4.3 GHz tezlikdə çalışan 12 nüvəli model və 3.4 GHz tezlikdə çalışan model mövcuddur. Bu prosessorlar çox güman ki, gələn il təqdim olunacaqlar.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
