
'Qualcomm' şirkəti yeni flaqman prosessoru olan Snapdragon 845-i anons etdi (VİDEO)
Elm & Texnologiya
06.12.2017
Emil
Snapdragon texniki sammitində “Qualcomm” şirkəti öz yeni flaqman prosessoru olan Snapdragon 845-i anons etdi.

Yeni çip keçən ilki Snapdragon
835-i əvəz edəcək və daha yaxşı performans, enerji sərfiyyatının effektivliyi,
AR, VR və adi qrafika ilə çalışmaq üçün yeni alqoritmlər sayəsində onu üstələyəcək.
Snapdragon 845 çox güman ki, gələn ilin ilk flaqman smartfonlarına yerləşdiriləcək.
Söhbət Galaxy S9 və Xiaomi Mi 7-dən gedir. Bundan əlavə güman olunur ki, yeni
prosessor Windows 10 əməliyyat
sistemli noutbooklarda da tətbiq olunacaq. “Samsung”un Exynos 9810 prosessoru kimi Snapdragon 845 də 10
nanometrlik texnoloji proses sayəsində hazırlanıb.

Snapdragon 845-də əsas diqqət
kamera, artırılmış və virtual reallıq, süni zəka, məlumatların təhlükəsizliyi
ilə çalışmağa və daha uzunmüddətli avtonom rejimdə çalışmaya ayrılıb. Şirkət
Quick Charge texnologiyası sayəsində öz yeni prosessoru ilə smartfonlarda şarj
sürətini daha da artıracaq. Əslində bu təqdimat yeni prosessorun təqdim olunması
üçün nəzərdə tutulmaylb. Bu sadəcə olaraq anons idi. Yeni prosessor haqqında
daha ətraflı məlumat isə çox güman ki, Yanvar ayında keçiriləcək CES 2018 tədbirində
veriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
