
Qualcomm Snapdragon 4 Gen 3 prosessoru üzərində çalışır
Elm & Texnologiya
05.02.2024
Məşhur insayder Roland Quandt-ın vermiş olduğu məlumata əsasən Qualcomm şirkəti Snapdragon 4 seriyasının yeni prosessoru üzərində çalışır. Söhbət, Kalpeni kod adına sahib Snapdragon 4 Gen 3 prosessorundan gedir. İnsayder bildirib ki, sözügedən prosessor hal-hazırda şirkət tərəfindən LPDDR4X standartlı 6 GB RAM-a və UFS 3.1 standartlı 256 GB daxili yaddaş həcminə sahib cihaz daxilində test edilir. Prosessor barəsində digər bir məlumat verilməyib. Onun nə zaman təqdim olunacağı da məlum deyil.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...