
Qualcomm Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib
Elm & Texnologiya
17.11.2023
Emil
Qualcomm şirkəti keçən ayın sonunda olmuş Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimatından sonra indi idə Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib. Adından da göründüyü kimi sözügedən yeni orta səviyyəli prosessor Snapdragon 7s Gen 2 və Snapdragon 7+ Gen 2 prosessorlarının davamçısıdır. Lakin texniki imkanlar baxımından Snapdragon 7 Gen 3 adları sadalanmış bu iki prosessorun arasında yerləşir. Beləliklə Snapdragon 8 Gen 3 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə nüvələri “1+3+4” sxemi üzrə birləşdirir.

Bu isə o deməkdir ki, prosessor 1 ədəd 2.63 GHz tezlikli nüvəyə, 3 ədəd 2.4 GHz tezlikli nüvəyə və 4 ədəd 1.8 GHz tezlikli nüvəyə sahibdir. Qualcomm bildirib ki, Snapdragon 7 Gen 1 ilə müqayisədə Snapdragon 7 Gen 3-ün CPU-su 15%, GPU-su isə 50% daha güclüdür. Prosessor həmçinin 20% daha enerji effektivlidir. Snapdragon 7 Gen 3-ə Snapdragon X63 5G modemi inteqrasiya edilib və o, Wi-Fi 6E ilə Bluetooth 5.3 texnologiyalarını dəstəkləyir. Bununla yanaşı prosessor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K ekranları, 168 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları və 200 MP-ə kimi olan kameraları dəstəkləyir. Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq ilk smartfonlar artıq bu ay ərzində təqdim olunacaqlar.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Qualcomm ilə MediaTek öz yeni orta səviyyəli prosessorlarını gələn həftə təqdim edə bilərlər
Qualcomm və MediaTek şirkətləri bir neçə müddət bundan öncə özlərinin yeni flaqman prosessorlarını təqdim etdilər.

Elm & Texnologiya
Qualcomm Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunun təqdimatına hazırlaşır
Oktyabr ayının sonunda Qualcomm şirkəti Snapdragon 8 Gen 3 flaqman smartfonunu təqdim etdi. İndi isə şirkət yeni orta səviyyəli prosessoru üzərində çalışır.

Elm & Texnologiya
Snapdragon 8 Gen 4-ün müxtəlif bençmarklardakı test nəticələri ortaya çıxıb
Bazarda Snapdragon 8 Gen 3 prosessoruna sahib smartfonların yeni-yeni təqdim olunmalarına baxmayaraq internetdə artıq Snapdragon 8 Gen 4 prosessoru barəsində məlumatlar ortaya çıxmağa başlayıb.

Elm & Texnologiya
Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Geekbench testlərindən keçib
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti Snapdragon 8 Gen 3 prosessorunun daha sürətli versiyası üzərində çalışır.

Elm & Texnologiya
Snapdragon X Elite desktop prosessorunun real test nəticələri ortaya çıxıb
Qualcomm keçən həftə Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim etmişdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
