Logo
    main-post-cover

    Qualcomm Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunun təqdimatına hazırlaşır

    Elm & Texnologiya
    14.11.2023
    Emil
          Oktyabr ayının sonunda Qualcomm şirkəti Snapdragon 8 Gen 3 flaqman smartfonunu təqdim etdi. İndi isə şirkət yeni orta səviyyəli prosessoru üzərində çalışır. Söhbət, Snapdragon 7 Gen 3-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Snapdragon 7 Gen 3 prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Məlumatda qeyd edilib ki, bu yeni orta səviyyəli prosessor 2.63 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A715 nüvəsini, 2.4 GHz tezlikdə çalışan 3 ədəd nüvəni və 1.8 GHz tezlikdə çalışan 4 ədəd nüvəni əldə edəcək.
         Prosessorun qrafik imkanlarından isə Adreno 720 çipi cavabdeh olacaq. Maraqlısı ondadır ki, Snapdragon 7 Gen 3 prosessoru performans baxımından keçən ilki Snapdragon 7+ Gen 2 prosessorundan daha zəif olacaq. Belə ki, Snapdragon 7+ Gen 2 prosessoru Adreno 725 qrafik çipinə sahibdir. Snapdragon 7 Gen 3-ün b u ilin sonunda və ya gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Paylaş