main-post-cover

    Qualcomm Snapdragon 782G adlı yeni prosessorunu təqdim edib

    Elm & Texnologiya
    23.11.2022
    Farid Pardashunas
        Qualcomm şirkəti Snapdragon 782G adlı yeni prosessorunu təqdim edib. Sözügedən yeni prosessor Snapdragon 778G+ prosessorunu əvəzləmək üçün nəzərdə tutulub. Beləliklə yeni Snapdragon 782G modeli Snapdragon 778G+ modelinin bir qədər təkmilləşdirilmiş versiyası rolunda çıxış edir. Yen prosessor 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Onun arxitekturası özündə 8 nüvəni birləşdirir. Belə ki, Snapdragon 782G modeli bir ədəd Cortex-A78 nüvəsi, üç ədəd Cortex-A78 nüvəsi və dörd ədəd Cortex-A55 nüvəsi ilə təchiz olunub. Yeni prosessorda qrafik özəlliklərdən Adreno 642L çipi cavabdehdir.
        Məlumatda qeyd edilib ki, Snapdragon 782G modeli Snapdragon 778G+ modelindən fərqli olaraq 5% daha güclüdür. Yeni prosessorun qrafik çipinin performansı isə 10% yüksəlib. Snapdragon 782G həmçinin özündə Snapdragon X53 5G modemini və süni zəka alqoritmləri vasitəsilə əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Hexagon 770 köməkçi prosessorunu birləşdirir. Bununla yanaşı yeni prosessor 200 MP-ə kimi olan kameraları, Wi-Fi 6 standartını, Bluetooth 5.2 texnologiyasını və Quick Charge 4+ adlı yüksək sürətli şarj texnologiyasını dəstəkləyir. Snapdragon 782G prosessorunu ilk əldə edəcək smartfon Honor 80 olacaq. Qeyd etmək lazımdır ki, Honor 80 smartfon seriyasının təqdimatı bugün baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər