Qualcomm Snapdragon 8 Gen 2 adlı yeni flaqman prosessorunu təqdim edib

Qualcomm Snapdragon 8 Gen 2 adlı yeni flaqman prosessorunu təqdim edib

Texnologiya
16.11.2022 PAYLAŞIM

    Qualcomm şirkəti Snapdragon 8 Gen 2 adlı yeni flaqman prosessorunu təqdim edib. Beləliklə Qualcomm yeni prosessorun arxitekturasını təkmilləşdirib, onun hesablama gücünü artırıb və ona bəzi yeni texnologiyaların dəstəyini əlavə edib. 8 nüvəli Snapdragon 8 Gen 2 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Qualcomm bildirib ki, Snapdragon 8+ Gen 1-dən fərqli olaraq yeni prosessor 35% daha güclü olub. Bununla belə onun enerji effektivliyi 40% yüksəlib. Snapdragon 8 Gen 2-ni Snapdragon 8+ Gen 1-dən fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, yeni prosessor Wi-Fi 7 standartını və Bluetooth 5.3 texnologiyasını dəstəkləyir. Bununla yanaşı prosessora Snapdragon X70 adlı 5G modem quraşdırılıb.


    Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 2 modeli 200 MP-ə kimi olan kamera obyektivlərinin dəstəyinə sahibdir. Bundan əlavə olaraq o, yeni nəsil Hexagon köməkçi neyron prosessorunu özündə birləşdirir. Əvvəlki prosessordan fərqli olaraq yenisində istifadə edilən Hexagon köməkçi prosessoru süni zəka alqoritmləri ilə bağlı əməliyyatların yerinə yetirilməsini 4.35 dəfə sürətləndirir. Bu cür tapşırıqlara misal olaraq real zaman ərzində danışıq nitqinin digər dillərə tərcüməsini, səsli əmrlərin təyin edilməsini, fotoların və videoların emal edilməsini gətirmək olar. Qualcomm həmçinin Snapdragon 8 Gen 2-də prosessorun çəəkiliş imkanlarına ciddi diqqət ayırıb.

    Məsələn yeni prosessor saniyədə 60 kadr sürətlə olan 8K keyfiyyətli HDR videoların sərgilənməsini dəstəkləyir. Bu keyfiyyətdə videoların çəkilməsi imkanını isə prosessor saniyədə 30 kadr sürətlə təqdim edir. Ənənəvi olaraq prosessorda qrafik imkanlardan Adreno çipi cavabdehdir. Lakin şirkət Snapdragon 8 Gen 2-də hansı Adreno modelinin istifadə edildiyi barəsində məlumat verməyib. Sadəcə olaraq qeyd edilib ki, Snapdragon 8+ Gen 1-dən fərqli olaraq yeni prosessorda olan qrafik çipin gücü 25%, enerji effektivliyi isə 45% yüksəlib. Prosessor həmçinin 144 Hz-ik təsvir yenilənməsinə sahib Quad HD+ 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K ekranları dəstəkləyir.

    Qualcmm həmçinin bildirib ki, prosessorda olan Adreno qrafik çipi ray tracing texnologiyasının dəstəyinə sahibdir. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2-də şirkət tamamilə yeni arxitektura konfiqurasiyasından istifadə edib. Belə ki, yeni prosesosr “1+4+3” arxitektura konfiqurasiyası üzrə hazırlanıb. Yəni Snapdragon 8 Gen 2 modeli 3.2 GHz tezlikdə çalışan bir ədəd Cortex-X3 nüvəsi, 2.8 GHz tezlikdə çalışan 4 ədəd yüksək performanslı nüvə və 2.0 GHz tezlikdə çalışan 3 ədəd enerji effektivliyi nüvəsini əldə edib. Gözləntilərə əsasən Snapdragon 8 Gen 2 prosessoruna sahib ilk smartfonlar artıq bu ilin sonuna kimi təqdim olunacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei yeni smart televizorunu təqdim edib - QİYMƏTİ

Huawei şirkəti Smart Screen seriyasına daxil olan yeni böyük ölçülü televizorunu təqdim edib...


Apple Watch Ultra-nın ekran şüşəsi dözümlülük testlərindən keçib (VİDEO)..

Müxtəlif cihazların dözümlüklərini test edərək məşhurlaşan JerryRigEverythng adlı Youtube kanal bu d..


Xiaomi il ərzində 10 milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır..

Xiaomi-nin CEO-su Lei Jun şirkətin avtomobil biznesinə böyük ümidlər bağlayır.


Samsung smartfonlar üçün yeni kamera sensoru brendi üzərində çalışır

İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmu..


Xiaomi isitmə sisteminə sahib şərfi satışa çıxardıb - QİYMƏTİ

Xiaomi şirkəti Youpin adlı crowdfunding platformasında soyuq qış günlərində aktual olacaq yeni məhsu..


MediaTek Dimensity 8200 adlı yeni prosessorun təqdimat tarixi məlum olub

MediaTek şirkəti öz yeni prosessorunun təqdimat tarixini elan edib. Söhbət, MediaTek Dimensity 8200 ..

×