
Qualcomm Snapdragon 8 Gen 4 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlum olub
Elm & Texnologiya
29.02.2024
Emil
Qualcomm şirkəti hal-hazırda aktual olan Snapdragon 8 Gen 3 flaqman prosessorunu keçən ilin oktyabr ayında təqdim etmişdi. İndi isə Snapdragon 8 Gen 4 prosessorunun nə zaman təqdim olunacağı məlum olub. Qualcomm-un icraçı direktoru Don McGuire-nin sözlərinə əsasən şirkətin növbəti Snapdragon Summit tədbiri oktyabr ayında baş tutacaq. Snapdragon 8 Gen 4-ün də məhz həmin tədbir çərçivəsində təqdim ediləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, bəzi məlumatlara əsasən Snapdragon 8 Gen 4-dən öncə şirkət Snapdragon 8s Gen 3 adlı daha bir flaqman prosessorunu təqdim etməyi planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
