Logo
    main-post-cover

    Qualcomm Snapdragon 8 Gen 4 prosessorunun nə zaman təqdim olunacağını elan edib

    Elm & Texnologiya
    13.06.2024
    Emil
         Qualcomm şirkəti Snapdragon Summit 2024 tədbirinin keçiriləcəyi tarixləri açıqlayıb. Şirkətin rəsmi anonsuna əsasən Snapdragon Summit 2024 tədbiri 21 oktyabr tarixində start götürəcək və 23 oktyabr tarixinə kimi davam edəcək. Tədbir Havay adalarında baş tutacaq. Qeyd etmək lazımdır ki, Qualcomm Snapdragon Summit tədbirlərində öz yeni prosessorlarını təqdim edir. Bu il baş tutacaq Snapdragon Summit 2024 tədbirində Snapdragon 8 Gen 4 flaqman prosessoru təqdim edilməlidir.
         Təqdimat tədbirinə hələ aylarla vaxt qalmasına baxmayaraq sözügedən yeni flaqman prosessor barəsində artıq bəzi məlumatlar mövcuddur. Beləliklə məlumdur ki, bu yeni prosessor TSMC şirkətinin birinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Qeyd etmək lazımdır ki, daha öncə TSMC-nın bu texnoloji prosesi əsasında yalnız Apple A17 Pro prosessoru istehsal olunurdu. Gözləntilərə əsasən Snapdragon 8 Gen 4 prosessoru 4 GHz tezlikdə çalışa biləcək və Geekbench-in bir nüvəli testi çərçivəsində 3000 xal, çox nüvəli testi çərçivəsində isə 10 000 xal toplayacaq. Prosessorda qrafik imkanlardan isə Adreno 830 çipi cavabdeh olmalıdır.
    Paylaş
    Bənzər xəbərlər