Logo
    main-post-cover

    Qualcomm Snapdragon 8 Gen 4-ün nüvələri mövzusunda MediaTek-in yolu ilə gedə bilər

    Elm & Texnologiya
    08.12.2023
    Emil
         Gələn il Qualcomm-un mobil prosessorları üçün vacib bir il olacaq. Belə ki, şirkət gələn il öz prosessorlarında fərdi nüvələrdən istifadə etməklə yanaşı Snapdragon 8 Gen 4 prosessorunun konfiqurasiyasında ciddi dəyişiklik edə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Snapdragon 8 Gen 4 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Qeyd etmək lazımdır ki, hal hazırda TSMC-nın 3 nanometrlik istehsalat prosesi əsasında hazırlanan yeganə prosessor Apple A17 Pro-dur.
         Lakin ortaya çıxmış digər bir maraqlı məlumat ondan ibarətdir ki, Qualcomm Snapdragon 8 Gen 4 prosessorunda MediaTek kimi enerji effektivliyi nüvələrindən imtina edəcək. Məlumatda qeyd edilib ki, sözügedən prosessorda iki ədəd yüksək performanslı nüvə və 6 ədəd orta performanslı nüvə olacaq. Qeyd etmək lazımdır ki, şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, gələn ilki flaqman prosessorda özünün Oryon adlı fərdi nüvələrindən istifadə edəcək. Enerji effektivliyi nüvələrindən imtina edilməsinin isə Snapdragon 8 Gen 4 prosessorunun performansına necə təsir göstərəcəyini indidən söyləmək çətindir.
    Paylaş