Qualcomm Snapdragon 855 prosessoru Geekbench testindən keçdi

Qualcomm Snapdragon 855 prosessoru Geekbench testindən keçdi

Texnologiya
04.09.2018 PAYLAŞIM

    Qualcomm şirkəti bir neçə müddət bundan öncə təqdim olunmuş Kirin 980 prosessoru ilə rəqabət aparacaq yeni prosessor üzərində çalışır. Şirkətin yeni prosessoru həmçinin Geekbench testindən də keçib. Hesabatda prosessorun adı hallanmır. Onun yalnız kod adı (msmnile) qeyd olunub. Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən söhbət, Snapdragon 855 prosessorundan gedir. Həmçinin məşhur insayder Roland Quandt da bunun Snapdragon 855 prosessoru olduğunu təsdiqləyib. Çox güman ki, bu həqiqətən də Snapdragon 855 prosessorudur.

    Sözügedən prosessoru 6 GB RAM-a sahib olan və Android 9 əməliyyat sistemi ilə çalışan smartfon vasitəsilə test ediblər. Birnüvəli testdə Qualcomm-un yeni prosessoru Apple A11 Bionic prosessorundan daha az xal toplayıb. Belə ki, birnüvəli testdə prosessor 3697 xal toplayıb. Apple A11 Bionic isə vaxtı ikən 4300 xal toplamışdı. Çoxnüvəli testdə isə Qualcomm-un yeni prosessorunun nəticəsi demək olar ki, Apple A11 Bionic-in nəticəsi ilə eyni olub (10469 xal).

Bənzər xəbər



    Sonuncu məlumatlara əsasən Qualcomm-un yeni prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanacaq və Snapdragon X50 5G modemi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, prosessorun istehsalı ilə TSMC şirkəti məşğul olacaq. Şirkətin yeni prosessorunun  təqdimat tarixi barəsində heç bir məlumat yoxdur. Lakin onu da qeyd etmək lazımdır ki, Xiaomi, Sony OnePlus kimi şirkətlər artıq Qualcomm-un yeni prosessorundan istifadə edəcək smartfonlar üzərində çalışırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×