Qualcomm, Snapdragon 865+ prosessorunu bu il çıxartmayacaq

Qualcomm, Snapdragon 865+ prosessorunu bu il çıxartmayacaq

Texnologiya
24.04.2020 PAYLAŞIM

        Qualcomm şirkəti hər il flaqman modellər üçün ən güclü prosessorunu hazırlayaraq satışa çıxardır. Bunlara misal olaraq Snapdragon 835, 845, 855865 prosessorlarını göstərmək olar. Lakin keçən ildən etibarən il sonuna doğru 2-ci bir flaqman prosessor da çıxartmağa başladı. Snapdragon 855+ olaraq adlanan bu prosessor standart versiyaya görə daha yüksək Ghz-lərə malik idi. Bu il çıxması gözlənilən SoC 865+ isə təsdiqlənən xəbərlərə görə çıxmayacaq.

Meizu rəsmisi Snapdragon 865+ prosessorunun bu il çıxmayacağını təsdiqlədi.


        Çinli smartfon istehsalçısı olan Meizu şirkətinin marketinq müdiri Wan Zhigiang bu il Qualcomm şirkətinin Snapdragon 865-in daha güclü versiyası olan Snapdragon 865+ prosessorunu bu il çıxartmayacağını təsdiqlədi. Bu haqda Weibo platformasında məlumat verilib. İlin əvvəlində bəzi mütəxəssislərə görə Qualcomm bu ilin 3.rübündə SoC 865+ prosessorunu satışa çıxaracaqdı. Lakin göründüyü kimi şirkət niyəsə bu addımdan imtina edib.

        Keçən il istehsal olunan Soc 855+ prosessoru bəzi smartfon modellərində istifadə olunmuşdu. Bu smartfonlar bunlar idi: Xiaomi Mi 9 Pro 5G, Black Shark 2 Pro, OnePlus 7T, Meizu 16S Pro, ASUS ROG Phone 2, Redmi K20 Pro, OnePlus 7T Pro, Nubia Red Magic 3S, iQOO Pro 5G, Vivo Nex3 5G, OPPO Ace. Gözləyib görək Qualcomm şirkəti necə bir yol izləyəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×